Ramazan ayında qadınlarla bağlı üçüncü məsələ

Ramazan ayında qadınlarla bağlı üçüncü məsələ
Qadın və Din
10.09.2017 56
Bu xəbəri yenidən yayımlayırıq ki, xanımlarımız bunları  tam şəkildə öyrənsinlər ki, Ramazan ayında cətinlik çəkməsinlər.

Üçüncü məsələ: Orucun əhkamlarını öyrən.
Müsəlman qadına
orucunun düzgün, Allah qatında, qəbul olunması üçün orucun
əhkamlarını,fərzlərini, sünnətlərini, ədəblərini öyrənmək vacibdir.
Bu orucun əhkamları haqda qısa bir məqalədir:
1
-
Oruc müsəlman olan,həddi buluğa çatmış, ağlı başında olan müqim
(səfərdə olmayan ) orucu tutmağa qadir olan (xəstə olmayan ), mane olan
şeylərdən: heyz və nifasda salamat olan qadına vacibdir.
2 - Qız
(Ramazanda) günorta vaxtı həddi buluğa çatıbsa, günün qalan hissəsini
oruc tutmalıdır.Çünki artıq ,o, ona orucu tutmaq vacib olan kimsələrdən
olar, bundaq öncə isə ona oruc vacib deyildir, ona görə də tutmadığı
günlərin qəzasını tutması lazım deyildir.
3 - Fərz orucunda niyyət etmək şərtdir. Həmçinin bütün vacib qəza, kəffarə oruclarında da niyyət şərtdir.
Hədisdə belə deyillir: " Kim oruca gecədən niyyət etmirsə, onun orucu yoxdur." (Əbu Davud rəvayət etmişdir).
Əgər gecənin hər hansı hissəsində, fəcrdən bir an qabaq olsa belə, niyyət etsən orucun düzgün olar.
4 - Orucu pozan yeddi şeylər bunlardır:
1. Cinsi əlaqədə olma.
2. Öpmə, qucaqlaşma və buna bənzər yollarla məninin (sperma) çıxması.
3. Yemək və içmək.
4. Yemək və içmək mənalı şeylər qüvvətləndirmək üçün vurulan iynələr kimi şeylər.
5. Hicamə və damar kəsməklə qan çıxarmaq.
6. Bilə - bilə qusmaq.
7. Heyz və nifas qanının çıxması.
5 - Heyzli qadın artıq təmizləndiyini bildirən ağ su, yəni heyz
qurtaran zaman, ana bətninin (rəhm,uşaqlıq) ifraz etdiyi ağ mayeni
görərsə gecədən oruca niyyət edib orucunu tutar. Təmizləndiyinin aydın
olmadığı halda ağ pambıq və ya ağ bir şeylə örtünər, pambıq təmiz
çıxarsa orucunu tutmalı qan qayıtdıqda isə orucunu pozmalıdır.
6 -
Heyzli qadına əfzəldir ki olduğu halda qalsın (yəni oruc tutmasin)
Alahın ona yazdığı ilə (qədərlə) razılaşsın, heyzi saxlayan vasitələr
axtarmasın. Bu, Allahın adəmin qızlarına yazdığı bir şeydir.
7 -
Nifas halında olan qırx gündən tez təmizlənsə orucunu tutar və namaz
üçün qüsl alar. Nifas qırx gündən artıq olarsa qüsl alıb oruca niyyət
edər. Nifas qırx gündən artıq davam edən günləri istihadə adlanır (adətə
xilaf olaraq və ya xəstəliklə bağlı qanın axması) yalnız bu, heyz olan
günlərə müvafiq olsa onda bu günlər heyz günləridir.
8 - İstihadə qanı orucu pozmaz.
9
-
Hamilə və süd əmizdirən qadını xəstəyə qiyas etmək daha duzgündür.
Onlara orucu açmaq caizdir və yalnız orucu açdıqları günün qəzasını
tutarlar. Necə ki ,Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın
salavatı və salamı olsun) demişdir: "Allah təala müsafirin üzərindən
orucu və namazın yarısını, hamilə və süd əmizdirən qadınların üzərindən
orucu qaldırmışdır".(Tirmizi rəvayət etmiş və həsən hədis olduğunu
demişdir).
10 - Oruc olan kəsin yeməyin dadına baxmasında bir qəbahət
yoxdur, lakin onu udmamalı, tüpürürərək ağzından çıxarmalıdır. Bu onun
orucunu pozmaz.
11 - Məğrib namazından qabaq orucu açmağa tələsmək və sühuru gecikdirmək müstəhəbdir.
Peyğəmbərimiz
(ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun)
demişdir: " İnsanlar iftarı tezləşdirdikcə xeyr içində olacaqlar."
(Buxari və Müslim rəvayət etmişlər).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!