Sözə baxmayan qadınlarla rəftar tərzi. İslamda evlənmə və ailə hüququ

Sözə baxmayan qadınlarla rəftar tərzi. İslamda evlənmə və ailə hüququ
Qadın və Din
10.09.2017 45
Bəzi hallarda arvadlar agahlıq olmadığı üçün, yaxud düzgün islami
tərbiyənin və ya mədəniyyətin olmaması və sair amillər üzündən ərlərinin
sözünə baxmır, onlara əziyyət verir, ailənin səfa-səmimiyyətini
cəhənnəmə döndərir. Belə olan hallarda agah ərlər özlərindən kobud və
tünd reaksiya göstərməməli, onların amillərini, köklərini
araşdırmalıdır. Əgər onun özü şəxsən bu amilləri araşdıra bilməsə, onda
dindar və agah şəxslərdən kömək alıb üsyankarlığın, sözə baxmamazlığın
köklərini kəsmək üçün bir tədbir görməlidir. Bu halda ailədə baş verən
çatışmamazlıqların çoxu aradan qalxacaq. Xüsusilə cavan ər diqqət
yetirməlidir ki, heç bir qadın əri üçün, habelə, heç bir ər arvadı üçün
ideal tərzdə ola bilməz. Gərək razılaşma, səfa-səmimiyyət və sazişi
dava-dalaşdan, təhqir və tənqiddən üstün tutsunlar. Üsyankar və
sözəbaxmayan qadınları atifi ləhzələr vaxtı adətən nəsihət yolu ilə,
qəzəb və kobudluqdan, habelə, başqalarının gözündən uzaq olmaq şərti ilə
sözəbaxan etmək lazımdır. Kişi sözə baxmamağın gətirəcəyi zərərlər,
qarşılıqlı anlaşma olmayan vaxtlardakı yaranan müşküllər barəsində onu
qane etməli və başa salmalıdır ki, bu işlərin nəticəsi nəhayət onun
evinə qayıdacaqdır. Cavan kişilərin həmişə riayət etməli olduqları
məsələlərdən biri də həyat yoldaşını təhqir etməkdən uzaq olmaqdır.
Həmçinin kişi arvadına və onun ailəsinə ehtiram qoymalı, həyatında,
məişətində rifah və firavanlıq yaratmalı, onun cinsi və ruhi
ehtiyaclarını təmin edərək hər növ bəhanənin qarşısını almalı, həyat
yoldaşını fikri istiqlaliyyətə doğru rəğbətləndirməli, başqalarının
dəxalət etməsinin qarşısını almaqla müştərək həyatın şirin gələcəyini
onun nəzərində canlandırmalı, həyatın, mənzilin müşküllərini müzakirə
edərək onun özündən bu kimi müşküllərin həllində kömək istəməlidir.
Bütün bunlar müştərək həyatın davam etdirilməsi üçün ən münasib
yollardan biridir. Həyat yoldaşı sözə baxmayan qadınlar olan kişilər
mütləq imamların həyatına diqqət yetirib onların bəzi hallarda sözə
baxmayan qadınları olduqda onlarla necə davranıb rəftar etmələrini
öyrənib ibrət almalıdırlar. O Həzrətlərin(ə) ardıcılları da daha dözümlü
olmalıdırlar. İndi isə sizin diqqətinizi bu barədə olan bəzi hədislərə
cəlb edirik.
İmam Sadiq (ə) buyurur: "Atamın sözə baxmayan bir
arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun
əvəzində onu əfv edirdi. "( "Vəsailüş-şiə", 14-cü cild, səh. 121) İlahi
peyğəmbərlərdən biri olan Hud(ə)-ın arvadı ona əziyyət verirdi, üstəlik
onun düşmənləri ilə əlbir olurdu. Amma Həzrət Hud(ə) o qadının sağ
qalmasını istəyir, buyururdu:"Mömini bir kəs əziyyət etməlidir, yaxşı
olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun.
"("Səfinətul-bihar", 1-ci cild, səh. 561) İmam Sadiq(ə) buyurur: "Həzrət
İbrahim(ə) özünün sözə baxmayan(üsyankar) əhval-ruhiyyəsi olan Saradan
Allaha şikayət etdi. Allah da cavabında buyurdu: "Ey İbrahim, öz
arvadınla keçin, çünki (sözə baxmayan, üsyankar) qadın əyri sümük
kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb
dəyməsən, ondan bəhrələnərsən." ("Fürui-kafi", 2-ci cild, səh. 513)Qeyd
edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub ailə
daxilində əsaslı rol ifa edirlər, eyni zamanda onların qəlbi çox nazik
və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara
nəvaziş göstərməli və əvəzində onlardan müsbət istiqamətdə
faydalanmalısınız. Əgər kobudluq və bədrəftarlıq etsəniz, bu zərif
varlıqlar bir növ "sınacaq" və artıq istifadə üçün yararlı olmayacaqlar.
Həzrət Əmirəl-möminin Əli İbni ƏbuTalib(ə) qadınların zəriflikləri
barəsində bu həqiqətə işarə edərək oğlu Həsən (ə)-a buyurur: "Qadın
zərafətlik və həssas olmaqda reyhan gülü kimidir. Gözəl və ətirli
olmaqla yanaşı, çox həssasdır. O, qəhrəman deyildir ki, ailənin və
ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün. "("Nəhcül-bəlağə",
31-ci məktub) Bu hədislər göstərir ki, İlahi övliyaların, Məsum
İmamların(ə) bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o
Həzrətlər onların xətalarını görməməzliyə vuraraq öz həyatlarını davam
etdirmişlər;həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və
sitəmi qəbul etmiş, ancaq özləri heç vaxt onlara zülm etməmişlər.
Rəsuli-Əkrəm (s)
bu həqiqətə işarə edərək buyurur:"Üç dəstə adam var ki, əgər qorxuları
olmasa, zülm edərlər: 1-alçaq fitrətli insanlar, 2-sözə baxmayan
qadınlar, 3-xidmətçilər. "("Biharul-ənvar", 75-ci cild, səh. 309)
Diqqət
yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona
əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu
baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!