Ədəb haqqında hədislər

Ədəb haqqında hədislər
Qadın və Din
10.09.2017 76
43.Ədəb
115.İmam Əli (ə):«Ədəb insanın kamalıdır.» (Ğurərul-Hikəm, hədis 998)
116.İmam
Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.»
Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər
artsa qədir-qiymətin də bir o qədər artar.» (Mişkatul-ənvar, səh. 135)
117.İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.» (Ğurərul-Hikəm, hədis 967)
118.İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.» (Ğurərul-Hikəm, hədis 5036)
119.İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.» (Ğurərul-Hikəm, hədis 3590)
120.İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.» (Ğurərul-Hikəm, hədis 4853)
121.İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.» (Ğurərul-Hikəm, hədis 6096)
122.İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.» (Biharul-Ənvar, c.75, səh.68, hədis 8)
123.İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.» (Biharul-Ənvar, c.71, səh.428, hədis 78)
124.İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.» (Tuhəful-Uqul, səh.96)
125.İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.» (Nəhcüs-Səadə, c.2, səh.50)
126.İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.» (Ğurərul-Hikəm, hədis 10466)
44.Ədəb və ağıl.
127.Allahın Peyğəmbəri(s):«Gözəl ədəb ağlın zinətidir.» (Biharul-Ənvar, c.77, səh.31, hədis 41)
128.İmam Əli (ə):«Hər şey ağla möhtacdır, ağıl isə ədəbə.» (Ğurərul-Hikəm, hədis 6911)
129.İmam Əli (ə):«Ədəb insanda kökü ağıl olan ağac kimidir.» (Ğurərul-Hikəm, hədis 2004)
130.İmam Əli (ə):«Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir.» (Ğurərul-Hikəm, hədis 8886)
131.İmam Hüseyn (ə):«Ağlı olmayanın ədəbi olmaz.» (Biharul-Ənvar, c.78, səh.111, hədis 6)

45.Nəfsin ədəbləndirilmə və tərbiyəsi.

132.İmam
Əli (ə):«Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları
adətlərin onlara hakim olmasından saxlayın.» (Ğurərul-Hikəm, hədis 4522)
133.İmam
Əli (ə):«Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və
tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir. (Biharul-Ənvar, c.2,
səh.56, hədis 33)
46.Ədəbin nəticəsi
134.Tuhəful-uqul:«Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.» (Tuhəful-Uqul, səh.500)
135.Tənbihul-xəvatir:«İsa
ibn Məryəmə (ə) dedilər:«Sənə kim ədəb öyrətdi?» Buyurdu:«Heç kəs mənə
ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.»
(Tənbihul-Xəvatir, c.1, səh.96)
136.İmam Əli (ə):«Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.» (Ğurərul-Hikəm, hədis 5520)
137.İmam Əli (ə):«Kim ədəbə könül versə pislikləri azalar.» (Ğurərul-Hikəm, hədis 8271)
138.İmam Əli (ə):«Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.» (Ğurərul-Hikəm, hədis 4786)
139.İmam Əli (ə):«Ədəb zehnin itiliyinə səbəb olur.» (Ğurərul-Hikəm, hədis 4333)
140.İmam
Əli (ə):«İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu
bir neçə dəfə artar.» (Ğurərul-Hikəm, hədis 4174)
47. Ədəbin təfsiri
141.
İmam Əli (ə):«Özünü tərbiyə etməyin üçün başqalarında (görüb)
bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir.» (Biharul-Ənvar, c.70,
səh.73, hədis 27)
142.İmam Əli (ə):«Bəndənin ədəbi(ni göstərməsi)
üçün nemət və ehtiyaclarında öz Allahından başqa heç kəsi şərik etməməsi
kifayətdir.» (Biharul-Ənvar, c.94, səh.94, hədis 12)
143.İmam
Sadiq (ə):«Atam məni üç şeylə tərbiyə etdi. . . . Mənə buyurdu: Oğul!
Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz, kim danışığını cilovlamasa
peşman olar və kim pis yerlərə daxil olsa töhmətə və bəd gümanlara
hədəf olar.» (Tuhəful-Uqul, səh.376)
48.Ən yaxşı ədəb
144.İmam Əli (ə):«Ən yaxşı ədəb insanın öz həddində qalması və həddini aşmamasıdır.» (Ğurərul-Hikəm, hədis 3241)
145.İmam Əli (ə):«Ən yaxşı ədəb səni xoşagəlməz (və haram) işlərdən saxlayandır.» (Ğurərul-Hikəm, hədis 3298)
146.İmam Əli (ə):«İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir.» (Ğurərul-Hikəm, hədis 5932)
49.Övladı ədəbləndirməyə təşviq.
147.Allahın
Peyğəmbəri (s):«Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə
edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız.»
(Biharul-Ənvar, c.104, səh.95, hədis 44)
148.İmam Əli (ə) İmam
Həsənə (ə):«Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer
kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa
şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.»
(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.16, səh.66)
149.İmam
Sadiq (ə):«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun…»
(Təhrim, ayə 6) ayəsi nazil olanda camaat dedi:«Ey Allahın Peyğəmbəri!
Özümüzü və ailəmizi necə qoruyaq?» Buyurdu: Özünüz xeyir iş görün, onu
öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə
edin.» (Müstədrəkul-Vəsail, c.12, səh.201, hədis 13882)
150.İmam Rza
(ə):«Uşağa göstəriş verin ki, sədəqəni hətta bir tikə çörək və ya bir
ovuc şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey,
əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə,
çox-çoxdur.» (əl-Kafi, c.4, səh.4, hədis 10)
50.Tərbiyənin forması.
151.Allahın
Peyğəmbəri (s):«Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları
tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və
yataqlarını bir-birindən ayırın.» (Kənzul-Ummal, hədis 45330)
152.Allahın
Peyğəmbəri(s):«Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir.
Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı),
əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında
üzrlüsən.» (Məkarimul-Əxlaq, c.1, səh.478, hədis 1649)
153.İmam
Sadiq (ə):«Uşağı on beş yaşından on altı yaşına kimi oruc tutmağa
öyrəşdirmək lazımdır.» (Biharul-Ənvar, c.103, səh.162, hədis 6)
51.Tərbiyədə riayət olunması lazım olan nöqtələr.
154.Biharul-Ənvar: Allahın Peyğəmbəri(s) əsəbi halda ədəb öyrətməyi qadağan edib.» (Biharul-Ənvar, c.79, səh.102, hədis 2)
155.İmam
Əli (ə):«Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini
pislikdən saxla.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.
410)
156.İmam Əli (ə):«Yaxşıları islah etmək onlara ehtiram
göstərməklə, pis əməl sahiblərini islah etmək isə cəzalandırmaqladır.»
(Biharul-Ənvar, c.78, səh.82, hədis 81)
157.İmam Əli (ə):«Qardaşını
ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə ona bəxşiş etməklə
cavab ver.» (Biharul-Ənvar, c.71, səh.427, hədis 76)
158.İmam Əli
(ə):«Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə düzəlt
və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa istiqamətləndir.»
(Ğurərul-Hikəm, hədis 2304)
159.Biharul-Ənvar:«Əbulhəsən Musanın (ə)
yanında öz övladımdan şikəyətləndim. O Həzrət buyurdu: Onu vurma, ondan
qısa bir müddət küs!» (Biharul-Ənvar, c.104, səh.99, hədis 74)

52.İlahi ədəb qaydalarına yiyələnmək

160.İmam
Əli (ə):«Kim böyük Allahın ədəb qaydalarına yiyələnsə (həmin ədəb o
şəxsi ) əbədi qurtuluşa çatdırar.» (Biharul-Ənvar, c.92, səh.214,
hədis 13)
161.İmam Əli (ə):«Allahın ədəb və tərbiyə qaydaları
əsasında düzəlməyən kəs öz ədəbi əsasında (da) düzəlməz.»
(Ğurərul-Hikəm, hədis 9001)

53.Allahın ədəbləndirməsi.

162.İmam Əli (ə):«Bəla zalımın ədəblənmə amilidir.» (Biharul-Ənvar, c.81, səh.198, hədis 55)
163.İmam Səccad (ə):«Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.» (İqbalul-əmal, c.1, səh.157)
/Mənbə: Mizanul Hikmət/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!