Bir qadının bilmədən zinası

Bir qadının bilmədən zinası
Qadın və Din
10.09.2017 70
Bir evli qadın olur. 5 il keçir bu qadının övladı olmur, 6 il keçir
övladı olmur. Həyat yoldaşı ilə arası elə həddə çatır ki, övladın
olmamağı ucbatından boşanmaq vəziyyətinə düşürlər. Bunu belə görən qadın
əlini açıb ALLAHa yalvarır ki: Ey Bizləri Yaradan ALLAH mənə bir övlad
bəxş et. Əhd edirəm 40 kişi ilə zina edəcəm. Təbii ki, bu əhd mənfi
əhdi. ALLAH Taala bu qadının da taleyini bu cür yazıbmış ki, 7 ildən
sonra övladı olsun. Evliliyin 7ci ilində bu ailənin övladı olur. Və
qadın yadına salır ki, mən əhd etmişəm indi mən necə əhdimə əməl edim?
Axı millət içində adım nə olar? Evli insanam...
Qadının ağlına
gəlir ki, getsin bir qazidən məsləhət alsın. Gedir qazinin yanına və
deyir: Mən övladım olmamağı ucbatından ALLAHdan bucür əhd edib övlad
istəmişəm. ALLAH Taala mənə övlad bəxş edib. İndi mən necə edim?
Qazi
baxır görür bu qadın dizdən biraz yuxarı yupka ilə, qolları təmiz
görsənən və sinəsinin yarısını göstərən paltarla bunun yanına gəlib.
Sual edir qazi: Qızım bura gələndə hansı küçə ilə gəlmisən?
Qadın: Keçdiyi küçələri deyir.
Qazi: Həmin küçələrdən neçə naməhrəm kişi ilə rastlaşdın? Üzbəüz gəldin?
Qadın: Çox Qazi əmi. Mən deyim 50, sən de 80-100.
Qazi: Bəs qızım sən əhd etmişdin axı. 40 kişi ilə, niyə çox edibsən? Əhdinə sadiq çıxmayıbsan!!!
Özüm tərəfdən bu mövzuya açıqlama:
Ey
insanlar (əsasən qadın və qızlar) zina yalnızca naməhrəm olanla
yaxınlıq etmək deyil. Zinanın növləri vardır. Dil zinası, göz zinası və
s. ən böyük zina yaxınlıq nəzərdə tutulur. Bu qadın isə zina deyərkən
hansı zinanı nəzərdə tutduğunu deməmişdir. Yəni o artıq özü də bilmədən
göz zinası etmiş olmaqdadır. Odur ki, ilk öncə Əxlaqımıza və sonra
gözümüzə və dilimizə sahib çıxaq... Göz və Dil insanı günaha vadar edən
hissələrimizdir. Özümüzə Sahib Çıxaq...
/Mənbə: İslamadogru.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!