İslamda toy gecəsinin əməlləri və namazı

İslamda toy gecəsinin əməlləri və namazı
Qadın və Din
10.09.2017 89
Hər şeydən əvvəl, zifaf zamanı (toy gecəsində) tərəflərin sakit, aram və
səmimi əhval-ruhiyyəni təmin etmələri çox vacib şərtdir. Bəylə gəlinin
bir-birinin xoşuna gələcək tərzdə geyinmələri, şəxsi gigiyena
qaydalarına riayət etmələri də mühümdür. Həmin gün yarana biləcək
psixoloji narahatlıqları Allaha daha çox dua etməklə, Allahın gözəl
adlarını zikr etmək və Ona təvəkkül etməklə çözmək mümkündür.
Zifafdan
əvvəl bəylə gəlinin hər ikisinin dəstəmaz alması və iki rükət namaz
qılması müstəhəbdir. Namaz Allaha şükr niyyəti ilə qılınır. Namazdan
sonra oğlan Allaha həmd edib, Mühəmmədə və Ali-Mühəmmədə (s) salavat
söyləsin, sonra belə dua etsin: "Allahüm-mərzuqni ilfəha və vüddəha və
rizaha vərzini biha. Vəcmə beynəna bi-əhsəni ictimain və əysəri i’tilaf.
Fəinnəkə tühibbül-həlalə və tükrihül-həram”. Tərcüməsi: "İlahi, bunun
(yəni həyat yoldaşımın) ülfətini, sevgisini və razılığını mənə nəsib et,
məni də ondan razı et. Bizi ən gözəl birliklə və ən rahat ünsiyyətlə
birləşdir. Həqiqətən, Sən halalı sevir, harama nifrət edirsən”.
İmam
Cəfər Sadiq (ə) tövsiyə edirdi ki, gəlini bəyin yanına gətirəndən sonra
bəy əlini gəlinin alnına qoyub üzü qibləyə dursun və bu duanı söyləsin:
"Allahümmə bi-əmanətikə əxəztüha və bi-kəlimatikə əstəhləltü fərciha.
Fəin qəzəytə li minha vələdən fəc’əlhü mübarəkən səviyya. Və la təc’əl
liş-şeytani fihi şirkən və la nəsiba”. Tərcüməsi: "Allahım, Sənin
əmanətinlə (yəni kəbinlə) bu qızı aldım, Sənin kəlmələrinlə (yəni
Qurandakı kəbin əmri ilə) onu özümə halal etdim. Əgər mənim qismətimə bu
qızdan övlad yazmısansa, onu mübarək və sağlam et, şeytanı onun
nütfəsində şərik etmə”.
Əbu Səid Xüdri rəvayət edib ki, Həzrət
Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) belə vəsiyyət etmişdi: "Gəlini
sənin yanına gətirəndən sonra onu otuzdurub ayaqqabılarını ayağından
çıxart, ləyən gətirib gəlinin ayaqlarını yu. Sonra həmin suyu evin
qapısından çölə səp. Əgər belə etsən, Allah sənin evindən kasıblığın
yetmiş min dərəcəsini uzaqlaşdırar, varlılığın (ehtiyacsızlığın) və
bərəkətin yetmiş min dərəcəsini evə daxil edər. Sənə və gəlinə yetmiş
min dərəcə mərhəmət nazil edər ki, bu mərhəmət evin hər guşəsini
bürüyər. Nə qədər ki gəlin bu evdədir, ağıl pozğunluğu, cüzam və bərəs
(ağ ləkələr, dəri piqmenti) xəstəliklərindən amanda qalar”.
Həmçinin
Peyğəmbər Həzrət Əliyə vəsiyyət etmişdi ki, təzə gəlinə bir həftə
ərzində süd məhsulları, sirkə, keşniş və turş alma yedizdirməsinlər.
Çünki bu yeməklər gəlinin rəhmini (bətnini) bağlayar və onu sonsuz edə
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!