Hədisi-Qüdsi

Hədisi-Qüdsi
Qadın və Din
10.09.2017 41
531-ci hədis
Rəsuli-Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim:
Merac gecəsində asimanlara gedən zaman Allahu-təala mənə belə buyurdu: "Bizim Rəsulumuz ona nazil olanlara iman gətirmişdir.” Mən ərz etdim: Mö`minlər də. Xitab gəldi: Düz dedin, ey Məhəmməd. Özündən sonra ümmət arasında kimi xəlifə seçəcəksən? Mən dedim: Onların ən yaxşısını. Allah buyurdu: Əli ibni Əbu Talibi deyirsənmi? Dedim: Bəli, ey mənim Pərvərdigarım. Sonra Allah buyurdu: Ey Məhəmməd, Mən yer üzündə olan insanları araşdırıb onların arasından səni seçmişəm, sənin adını Öz adlarımdan müşdaq etmişəm. Hər yerdə Mənim adım zikr olunsa sənin adın da zikr olunacaqdır. Mən Məhmud, sən isə Məhəmmədsən. Sonra ikinci dəfə camaatı araşdırıb onların arasından Əlini seçmişəm və onun adını da Öz adımdan müştaq etmişəm. Mən Ə`layam, o isə Əlidir.
Ey Məhəmməd Mən səni, Əlini, Fatiməni, Həsən və Hüseyni və onun nəslindən olan imamları Öz nurumdan olan bir nurdan yaratmışam. Sizin vilayətinizi asimanların və yerin əhlinə təqdim etdim. Hər kəs onu qəbul etdisə, mənim nəzərimdə mö`minlərdən, hər kəs inkar etdisə Mənim nəzərimdə kafirlərdən oldu. Ey Məhəmməd, əgər bir bəndə Mənə, bədəni quruyana və köhnə su tuluğu olana qədər Mənə ibadət etsə, lakin Mənim hüzuruma sizin vilayətinizi inkar edən halda gəlsə, Mən onu bağışlamaram, yalnız o vaxt bağışlayaram ki, sizin vilayətinizə iqrar etsin.
Ey Məhəmməd, sən onları (imamları) görmək istərdinmi?
Dedim: Bəli, ey Pərvərdigarım. Xitab gəldi: Ərşin sağ tərəfinə bax. Mən baxanda gördüm ki, Əli, Fatimə, Həsən, Hüseyn, Əli ibni Hüseyn, Məhəmməd ibni Əli, Cə`fər ibnu Məhəmməd, Musa ibni Cə`fər, Əli ibni Musa, Məhəmməd ibni Əli və Əli ibni Məhəmməd, Həsən ibni Əli və Məhdi nurdan olan bir yerdədirlər. Onlar ayaq üstə dayanıb namaz qılırlar. Məhdi onların ortasındadır və sanki dürdən olan bir ulduzdur. Allah buyurdu: Ey Məhəmməd, onlar höccətlər, bu (Məhdi) isə sənin itrətindən seçilmiş şəxsdir. Öz izzət və cəlalıma and olsun ki, Məhdi Mənim övliyalarıma vacib olan höccət və düşmənlərimdən intiqam alan şəxsdir.
Allahumməsəlli əla Məhəmmədin və Ali Məhəmməd və əccil fərəcəhum.
/Mənbə: Hədisi-Qüdsi/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!