Ramazan ayını necə qənimət sayaq?

Ramazan ayını necə qənimət sayaq?
Qadın və Din
10.09.2017 36
Bu bərəkətli aydan daha yaxşı istifadə etmək üçün əvvəlcə, duadan kömək
almalıyıq, yəni Allahdan istəməliyik ki, bizə raz-niyaz tövfiqi əta
etsin. Əlbəttə, biz də bacardığımız həddə çalışmalıyıq ki, ibadət halı
və bunun üçün tövfiq əldə edək; çalışmalıyıq ki, bu ayda gündəlik işləri
bir qədər azaldaq və vaxtımızın bir hissəsini dua və ibadətə sərf edək.
Yemək və yatmağımıza fikir verməliyik; yemək və yuxu ağırlığa və
süstlüyə səbəb olmamalıdır. Yemək rejimini elə nizamlamalıyıq ki, oruc
tuta bilək və eyni zamanda ibadət və ramazan ayının vəzifələrini yerinə
yetirməyə müvəffəq olaq. Ehtiyac olan yeməyi yemək çox yemək deyil;
yuxunu da elə bir şəkildə nizamlamalıyıq ki, ibadət zamanı yaxşı halda
olaq. Yoxsa, gündəlik işləri yerində saxlayıb, səhər ibadəti zamanı
yaxşı halda olmaq intizarı əbəsdir.
Duanı oxumazdan əvvəl azca düşünməliyik ki, biz kimik, kimlə danışmaq
istəyirik, "dua” yəni nə? Bu necə də dəyərli bir məqamdır ki, insan öz
Allahı ilə raz-niyaz etməyə və danışmağa müvəffəq olur! Duanın məzmununa
diqqət etməli, ən azı onu oxumazdan əvvəl tərcüməsinə baxıb
düşünməliyik ki, oxuduqlarımız haqqında ümumi məlumatımız olsun; duanı
sırf ərəbcə oxuyub tamamlasaq, nə dediyimizi, nə də oxuduğumuzu
anlayarıq. Əhli-Beytdən (ə) nəql olunmuş dualarda uca və böyük məzmunlar
gizlənmişdir. Əgər dua və münacat halı yaranmasa, yenə də bu duaların
oxunması dəyərlidir. Beləliklə, yerinə düşər ki, ərəb dili ilə tanışlığı
olmayan kəslər duanı oxumazdan əvvəl, (xüsusi ilə bu ay üçün olan
duaları) onun dilimizə tərcüməsini oxusunlar və mətnlə tanış olsunlar.
Duanı oxumaqdan əlavə onun məzmunu barədə düşünmək ondan daha yaxşı
istifadə etməyə səbəb olur. Müxtəlif şəxslər duadan bizim dərk
etməyəcəyimiz fərqli dərəcələrdə bəhrələnirlər. Hərflərin səhih
tələffüzü və yalnız bu sözlərin oxunmasından ibarət dua, məzmununa
diqqət olunan və hal ilə oxunan duadan çox fərqlidir. Bu fərq izah
olunmaz dərəcədədir. Bir çox hallarda iki nəfər dua edir və bu şəxslər
dəstəmaz almaq, üzü qibləyə durmaq, ədəbli olmaq və bu kimi zahiri dua
qaydalarına riayət edirlər. Lakin bu iki şəxsin duadan götürdüyü bəhrə o
qədər fərqli ola bilər ki, biz bu fərqi təsəvvür edə bilmərik. Demək,
duadan istifadə insanın halından, onun qəlbinin mütəal Allaha, Onun
sifətlərinə, xüsusilə duada işlənmiş sifətlərinə diqqətindən asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!