Ramazan ayın ilk 15 günün gündəlik duaları

Ramazan ayın ilk 15 günün gündəlik duaları
Qadın və Din
10.09.2017 11
Ramazan ayının 1-ci gününün duası:

Allahumməc’əl siyami fihi
siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən
növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya
afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu
həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim
ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda
qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey
aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!



Ramazan ayının 2-ci gününün duası:


Allahummə
qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik.
Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.

Tərcüməsi:

İlahi,
bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et.
Sənin ayələrini (Qur’anı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz
mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!



Ramazan ayının 3-cü gününün duası:


Allahummərziqni
fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih.
Vəc’əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.

Tərcüməsi:

İlahi,
bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və
dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir
nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!



Ramazan ayının 4-cü gününün duası:


Alahummə
qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və
əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və
sətrik, ya əbsərən-nazirin.

Tərcüməsi:

İlahi, əmrlərini yerinə
yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə
layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni
öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!



Ramazan ayının 5-ci gününün duası:

Allahumməc’əlni
fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin.
Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin.

Tərcüməsi:

İlahi,
bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh
bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm,
ey rəhmlilərin ən rəhmlisi!



Ramazan ayının 6-cı gününün duası:


Allahummə
la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati
nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə
ya muntəha rəğbətir-rağibin.

Tərcüməsi:

İlahi, bu gün sənə qarşı
etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə
vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və
nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!



Ramazan ayının 7-ci gününün duası:

Allahummə
əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və
asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:

İlahi,
mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol.
Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə
qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların
hidayətçisi!



Ramazan ayının 8-ci gününün duası:

Allahummərzuqni fihi rəhmətəl-əytami və it’amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.

Tərcüməsi:

İlahi,
bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək
verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu
mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!



Ramazan ayının 9-cu gününün duası:

Allahumməc’əl
li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə.
Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya
əmələl-müştaqin.

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə
nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin
razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru
çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!



Ramazan ayının 10-cu gününün duası:

Allahumməc’əlni
fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk.
Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.

Tərcüməsi:

İlahi,
bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət
tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and
verirəm, ey tələb edənlərin məqsədi!



Ramazan ayının 11-ci gününün duası:


"Allahummə
həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və
hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi:

"İlahi,
bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah
etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır!
Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"



Ramazan ayının 12-ci gününün duası:


"Allahummə
zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui
vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli
ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".

Tərcüməsi:

"İlahi, bu gün
günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün
mənə qənaət və kifayətçillik libasını geyindir. Məni bu gün ədalət və
insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla.
İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".



Ramazan ayının 13-cü gününün duası:


"Allahummə
təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla
kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə
ya qurrətə eynil-məsakin".

Tərcüməsi:

"İlahi, bu gün məni
günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün
baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı
insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin
gözünün işığı".



Ramazan ayının 14-cü gününün duası:

"Allahummə
la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat.
Və la təc’əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya
izzəl-muslimin".

Tərcüməsi:

"İlahi, bu gün səhvlərimə görə mənə
qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə!
İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"



Ramazan ayının 15-ci gününün duası:

"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".

Tərcüməsi:

"İlahi,
bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et!
Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and
verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".



İftar duası




Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli



Duanın tərçüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!