Ramazan haqqında hədislər

Ramazan haqqında hədislər
Qadın və Din
10.09.2017 34
833. Ramazan ayı

Qur’an:

«İnsanları hidayət etmək, aydın yolu
göstərmək və haqqı batildən ayırmaq üçün Qur‘anın nazil olduğu (bu
həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə
olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin
günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq
istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin olunmuş) sayı kamala
çatdırasınız və sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə
yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də şükr edəsiniz.»
(Bəqərə/185)

Hədis:

2663. Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.» (Kənzul-Ummal, hədis 23688)

2664.
Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları
açılar və son gecəsinədək bağlanmaz.» (Biharul-Ənvar, c.96,səh. 34 ,
hədis 8)

2665. Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının
qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»
(Biharul-Ənvar, c.96,səh. 346 , hədis 12)

2666. Allahın Peyğəmbəri
(s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar,
Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.» (Biharul-Ənvar,
c.96,səh. 348 , hədis 14)

2667. İmam Əli (ə):«Bir gün Allahın Rəsulu
(s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən bərəkət,
rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında
ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır.
Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın
kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin
nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul,
dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim:«Bu ayda ən yaxşı əməl
nədir?» Allahın Peyğəmbəri (s) buyurdu:«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı
əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»
(Əmali-Səduq,səh. 84 , hədis 4)

2668. İmam Baqir (ə):«Allahın Rəsulu
(s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı
toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə
qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar!
Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda
bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları
bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa,
Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.» (Əmali-Səduq, səh. 56 ,
hədis 2)

2669. İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz
övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə
və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və
Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir
gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»
(Biharul-Ənvar, c.96,səh. 375 , hədis 63)

2670. Allahın Peyğəmbəri
(s):«Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz
rəhmətindən uzaqlaşdırar.» (Biharul-Ənvar, c.74,səh. 74 , hədis 62)

2671.
Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən):
«Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»
(Uyune Əxbare Rza (ə), c.1,səh. 295 , hədis 53)

2672. Allahın Peyğəmbəri (s):«Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!» (Əmali-Səduq,səh. 52 , hədis 2)

2673.
İmam Sadiq (ə):«Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması
istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.» (Biharul-Ənvar,
c.96,səh. 342 , hədis 6)



/Mənbə: Mizanul-Hikmət/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!