Ramazan ayı insanlara Allahı sevdirməyi öyrədir

Ramazan ayı insanlara Allahı sevdirməyi öyrədir
Qadın və Din
10.09.2017 38
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz
iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları
gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu
üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on
gecələrinin birində "Quran" nazil edilmişdir. Rəvayətlərə görə bu, həmin
ayın ya 18-dən 19-na, ya 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə
baş vermişdir. Həmin gecə "leylətul-qədr” – qüdrətli, əzəmətli gecə
adlanır. "Qurani-kərim"in "Qədr" surəsində buyurulur: "Həqiqətən, biz
Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr
gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə
hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır."
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay
hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Bu gecələri
qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət
görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində
mühüm məqamlardan biri də "Qədr" gecələridir. İslam mənbələrinə görə,
"Qurani-kərim" müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur
ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua
etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan
ayının "Qədr" gecəsində bütöv halda "Lövhi-Məhfuzdan" - Allahın
dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail
əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s.a.a.) 23 il müddətində
hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, "Qədr" gecəsinin savabı min
ayın savabından çoxdur. "Qədr" gecəsi Ramazanın son on gecəsindən
biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən
21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə
mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin "Qədr" gecəsinədək
dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər
alıb yerə enər, əmrləri çatdırarlar. "Qədr" gecəsi bütünlüklə
xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis
bəndələrinə salam verərlər. Buna görə də "Qədr" gecəsi səhərə qədər oyaq
qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və "Qədr" gecəsi eyni
mənalı məfhumlardır.

Həmin gecə sakitçilik, əmin-amanlıq olur.
Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri
sökülənə kimi (büsbütün) salamatlıqdır! Həmin səhər günəş şüasız olaraq
çıxır. Peyğəmbərimizin (s.a.a.) səhabəsi olan Ubey İbn Kəb belə
demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan
ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər
(s.a.a.) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti
odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.” Üzümüzə sonsuz
rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək
gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək gərəkdir. Ramazan
ayının gecələrindən birində müqəddəs kitabımız olan "Qurani-kərim" nazil
olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. "Qədr" gecəsinin
qısaca olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif
rəvayətlər var. Amma ümumi fikir belədir ki, "Qədr" gecəsi Ramazan
ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!