Şeytanın oruclulara hiyləsi

Şeytanın oruclulara hiyləsi
Qadın və Din
10.09.2017 14
Bir Ramazan günü Əbdülqadir Geylani Həzrətləri dostları ilə bir səhradan keçirdilər. Hava olduqca isti idi. Tutduqları orucdan ötəri aclıq onların taqətini kəsmiş və onları halsız buraxmışdı. Buna baxmayaraq, yollarına davam edirdilər. Bu sırada qarşılarında bir işıq meydana çıxdı və onlara belə səsləndi:

-Mən sizin Rəbbinizəm Ramazanda yemək içmək sizə haramdır. Amma indi sizə halal etdim. Yeyin için.

Bu maraqlı vəziyyət qarşısında həyəcana qapılan bəziləri, dərhal su qablarına və yeməyə əl atdılar. Tam bu sırada Əbdülqadir Geylani həzrətləri dostlarını xəbərdar etdi:

-Əsla oruclarınızı açmayın!

Sonra səsin gəldiyi tərəfə dönüb:

- "Əuzu billahi minə'ş-şeytani'r-racim. Əuzu billahimine şəri zalikə" qovulmuş şeytandan Allaha sığınıram, bu görünən şeyin zərərindən Allaha sığınıram, deyər-deməz nur görünən şey bir anda qapqara oldu. Şeytan özünü bəzəkli göstərərək onları aldatmağa çalışmış, amma oyunu tez bir vaxtda ortaya çıxmışdı.



/Mənbə: Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!