Oruc günahlara qarşı bir sipərdir

Oruc günahlara qarşı bir sipərdir
Qadın və Din
10.09.2017 11
Muaz ibn Cəbəl rəvayət edir ki, "Peyğəmbərlə (s.a.a) birlikdə bir səfərə çıxmışdıq. Yolla gedərkən ona (s.a.a) dedim: "Ey Allahın rəsulu, mənə...

...elə bir şey öyrət ki, ona əməl etdikdə cənnəti əldə edim və cəhənnəmdən uzaq durum”. Mənə belə cavab verdi: "Sən ciddi bir məsələ haqqında soruşdun.Çətin olmasına baxmayaraq, əgər Allah onu kiməsə nəsib etsə, o, ona asan gələr. Yalnız Allaha ibadət et, Ona heç bir şeyi ortaq qoşma, namazı vaxtında və layiqli şəkildə, dosdoğru qıl, zəkatı ver, Ramazan orucunu tut və Allahın evini ziyarət et (həcc et). Bundan sonra isə mənə belə dedi: "Ey Muaz, sənə xeyir qapılarını göstərməyimi istəyirsənmi?” ”Bəli, ey Allahın Rəsulu” deyə cavab verdim. O da dedi ki, "Oruc bir qalxandır, pisliyə qarşı bir sipərdir. Su odu söndürdüyü kimi sədəqə də günahları söndürür. Gecə yarısı qalxıb namaz qılmaq da əməlisaleh qulların əlamətidir” (Tirmizi, İman, 8).

Əvvəllər savaş qılıncla, qalxanla olurdu. Oxdan və mızraqdan istifadə olunurdu. Döyüşçünün bir əlində qılınc, bir əlində də qalxan olurdu. Qılıncla hücum edər, qalxanla da düşməndən gələn zərbələri dəf edərdi. Beləcə qalxanın köməyi ilə həyatını qoruyub yaralanmaqdan xilas olardı.

Həmçinin, mənəvi təhlükələrə, günahlara, pisliklərə qarşı da ən güclü silah orucdur. Çünki iftar saatına qədər iftar qalxanından istifadə edən, oruc sipərinin arxasında duran insan nəfs və şeytandan gələn günah oxlarına qarşı hər zaman hazır olur və qəlbinin o oxlarla yaralanmasına imkan vermir.

Çünki günah insanın arzu və istəklərinə tabe olmaqla, onlara uymaqla meydana gəlir. Şəhvani hisslər aclıq və susuzluqla "sındırıldıqda” insan özünə hakim olur və bir sözlə günahlardan uzaq durur. Günahlardan uzaq olduqda da Axirətdə onun nəticəsi olan cəhənnəm əzabından qorunmaq mümkündür.

Başqa bir hədisdə Peyğəmbərimiz (s.a.a): "Oruc sizi savaşda ölümdən qoruyan qalxan kimi cəhənnəmdən qoruyan bir qalxandır” deyə buyurub (Nəsai, Saum, 167).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!