Tövbə namazının qaydası

Tövbə namazının qaydası
Qadın və Din
10.09.2017 16
Həzrət Peyğəmbər (s) buyurdu: "Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd”, 3 dəfə "Tövhid”, 1 dəfə "Fələq” və 1 dəfə də "Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. ("Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz”).



Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: "Ey ALLAHın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla”. Başqa mələk ona deyər: "Ey ALLAHın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə”. O biri mələk deyər: "Ey ALLAHın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun”. Cəbrayil (ə) nida edər: "Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın”.



mənbə: deyerler.orgскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!