Hacətiniz olsa, 10 dəfə “Ya Allah” deyin...

Hacətiniz olsa, 10 dəfə “Ya Allah” deyin...
Qadın və Din
10.09.2017 6
(Ayətullah Cavad Amulinin əxlaq dərsindən)

Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər.



Günahın qəlbimizi kor etməməsi üçün ALLAHı zikr etməliyik. Bu zikrlərin zaman və məkanı yoxdur. "Ey iman gətirənlər, ALLAHı çox zikr edin!”. ALLAH bəzi ayələrdə buyurur ki, zikr üçün ən yaxşı zaman - namaz zamanıdır. "(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda ALLAHı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın”. ("Nisa” 103).

Daima ALLAHı xatırlayın, ALLAHı daima xatırlamaq insanı qəflətdən uzaqlaşdırar. Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir bağın kənarından keçirmiş. Ağac əkən bağbana buyurur: "İstəyirsənmi ki, mən səni ağac əkməkdən daha faydalı bir işlə agah edəm?” Deyir: "Bəli”. Buyurur: "Sənin əkdiyin ağacın səmərəsi müvəqqətidir. Ancaq hər səhər və hər axşam təsbihati-ərbəəni desən, ALLAH sənin üçün behiştdə hər bir təsbihin qarşısında bir ağac əkər ki, daima meyvə verər”.

Həmçinin İmam Baqir (ə) buyurur: "Əgər hər kim təsbihati-ərbəəni deyərsə, ALLAH bu zikrlərdən dörd quş yaradar ki, onlar Qiyamətə qədər ALLAHı təsbih edərlər”. ALLAH bu ziklərdən dörd quş xəlq edər ki, onlar nə yerdə olar, nə də göydə. Bəlkə zikr edənin can fəzasında əmələ gələr və uçarlar. Bu zaman ALLAH yolçusu daxilində bir uçuş hiss edər ki, zahiri təyyul-ərz olmadığı halda, batini təyyul-ərz olar.

ALLAH Təbarəkə və Təala buyurur: "(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi”. ("Məryəm” 13). Həzrət Məryəm (ə) o qədər ALLAHı zikr edərdi ki, ALLAH da ona ruhi paklıq və mehribanlıq əta edərdi.

İmam Sadiq (ə) buyurur ki, əgər Həzrət Zəhranın (s.ə) təsbihatından sonra bir dəfə "Lə İləhə İlləllah” desəniz, günahlarınız bağışlanar. Başqa bir yerdə oxuyuruq ki, əgər hacətiniz olsa, 10 dəfə "Ya ALLAH” deyin və sonra hacətinizi istəyin.

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq: "İbadət üçün alınan dərtəmazın hər damcısından mələk xəlq edilər...”.

Ona görə də ALLAHı zikr etməkdən qafil olmayaq və günah pərdəsini zikrlərin köməyi ilə parçalayaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!