Oruc tutmaq və səbr

Oruc tutmaq və səbr
Qadın və Din
10.09.2017 14
Səbr İslam aləmində çox bəyənilən xüsusiyyətlərdəndir. Hər bir müsəlman
özünü fərdi və ictimai həyatında öz məqsədləri yolunda mübarizə edir,
çətinliklə üzləşir. Səbr olmazsa, çətinliklərə qalib gəlmək, məqsədə
nail olmaq asan iş deyildir. Səbr dözüm, möhkəmlik gücünü artırır.
Çətinlik və müsibətə dözməyən cəmiyyət heç bir düşməninə qalib gələ
bilməz. Yalnız səbr və dözümlə zülmkara qarşı mübarizə aparmaq olar.

Oruc
tutmaq əsasən susuzluğun insanı taqətdən saldığı yayın isti günlərində
nəzərə çarpacaq dərəcədə səbr və dözüm bəxş edir, iradəsini
möhkəmləndirir.

Qurani-Kərim səbri belə ifadə edir: Səbr, oruc və
namazdan ancaq xeyir görmək olar. Əziz Peyğəmbərimiz (s.a.a.) də Ramazan
ayını səbr ayı adlandırmışdır: Ramazan səbr ayıdır və səbrin mükafatı
behiştdir.

İmam Sadiq (ə) orucluğun bu xüsusiyyətinə işarə edib
buyurmuşdur: Bir kəsə qəmli hadisə üz verəndə Allahın buyurduğu kimi
oruc tutur.



ALLAH oruc tutanların oruclarını qəbul etsin. AMİNскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!