Namazın sirri və hikmətləri

Namazın sirri və hikmətləri
Qadın və Din
10.09.2017 22
 
Namazdakı sirr və hikmətlər saymaqla bitməz. Hər hərəkətin, hər duruşun, hər qiraət və duanın bir çox hikmət, məna və nöqtəyi vardır.



Xarici görünüşüylə namaz:



1 - Eyni zamanda təmizlik vəsiləsidir. Namaz qılanın bədəni təmiz, paltarı təmiz, Namazgah (məskəni) təmizdir.



Qoruyucu həkimliyi, yəni səhhəti və sağlamlığı qorumağın şərtlərindən biri də təmizlikdir, təmiz olmaqdır. Bədən təmizliyi, paltar təmizliyi, ətraf təmizliyi...



Demək olar ki, qoruyucu həkimliyi şərtlərindən biri və birincisi də təmizlikdir. Demək ki, namaz eyni zamanda qoruyucu həkimlikdir. Namazına davam edən eyni zamanda sağlamlığını qorumağa da davam etmişdir.



2 - Namaz, eyni zamanda bədən mexanizminin bir idmanıdır, bədən təhsilidir. Baxın namazda insan bədəninin hər üzvü hərəkət edir, hər oynağı (oynaq) böyükləşir, və s.



3 - Namaz, eyni zamanda müsavat (bərabərlik) və tarazlıq elementidir. Kişi - qadın, zəngin, kasıb, komandir - məmur... Əslində birdir, bir-birinə bərabərdir, qulluq planında aralarında fərq yoxdur.



4 - Günün müəyyən saatlarında, istisnasız hər müsəlman eyni namazı qılacaq, qiyam, qiraət, rüku və Sücud kimi həmişə eyni hərəkətləri təkrar edəcəklər.



Yəni zənginlik və ya kasıblığına, avtoritarlıq və ya məmurluğundam asılı olmayaraq yan-yana gələcək, çiyin-çiyinə verəcək, saf dayanıb əl bağlayacaq, Yaradanın hüzurunda duracaqlar, eyni işarəli əyilib, qalxacaqlar.



5 - Namaz, günün müxtəllif və müəyyən saatlarında sıralanır, müsəlman gündəlik işlərini, yemək vaxtlarını, istirahət vaxtlarını, yuxu saatlarını bir plana bağlamaq məcburiyyətində qalacaq.



6 - Namaz, eyni zamanda günahların silinməsinə, günah çirkabından təmizlənməsinə vəsilədir. Quran belə deyir: "Gündüzün iki ucunda, gecənin də ilk saatlarında namaz qıl. Çünki yaxşılıqlar pislikləri (günahları) yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir." (Əl - Hud 114)
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!