Atəşpərəstin əfvi

Atəşpərəstin əfvi
Qadın və Din
10.09.2017 3
Bir Ramazan günü idi. Müsəlman məhəlləsində oturmaqda olan atəşə inanan bir atəşpərəstin kiçik uşağı müsəlmanların arasında çörək yeyirdi. Atası uşağın bu halını görüncə:

-Oğlum, müsəlmanların arasında yemək yeyilərmi? Onlar bu günlərdə oruc tutarlar, onların möhtərəm günləridir, deyərək uşağı danlayıb evə göndərdi.

Hər fani başına gələn ölüm onu da götürüb apardı, ölümündən sonra şəhərdə olan Allah dostlarından bir çoxu atəşpərəsti yuxularında Cənnətdə gördülər. Halbuki həyatında Allah deyə atəşə ibadət edən bir kimsənin, cənnətə girməsi məhkəməi ilahiyyənin işidir.

-Necə oldu da bu nemətə çatdın? Biz səni imansız bilərdik. Hətta öldüyündə cənazə namazını belə qılmadıq dediklərində, O bu cavabı verdi:

-Bəli! Doğru deyirsiniz. Mən atəşpərəst idim. Lakin bir gün kiçik oğlum müsəlman məhəlləsində, onlar oruclu olduğu halda çörək yeyirdi. Mən uşağın onların gözləri qarşısında çörək yeməsinə icazə vermədim. Müsəlmanların hörmət etdiyi bir şeyə məndə hörmət etdiyim üçün Cənabı Allah mənim ruhumu bir Müsəlman olaraq aldı. Ölüm anında başıma biri gəldi. Mənə "Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və Rəsuluhu." dedirtdi və ondan sonra ruhumu təslim etdim, o səbəbdən bu gördüyünüz mükafata qovuşdum, dedi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!