Kasıb və varlı

Kasıb və varlı
Qadın və Din
10.09.2017 55
Rəsul-i Əkrəm (s.a.v.) hər zamanki kimi məclisində oturmuş və dostları da ətrafında halqa şəklində, onu bir üzük daşı kimi ortaya almışdılar. Bu vaxt köhnə paltarlı kasıb bir müsəlman qapıdan içəriyə girdi. İslami adətlərə görə, hər kəs hər hansı mövqedə olursa olsun bir iclasa girincə, harada boş yer tapsa dərhal orada oturmalıdır. 'Mənim canım burada oturmaq istəyir' fikri ilə xüsusi bir yerə oturmaq lazım deyil. O adam ətrafına baxdı və boş bir yer tapıb orada oturdu. Təsadüfən o seçilən zənginlərdən birinin yanına oturmuşdu. Varlı adam paltarını yığaraq ondan bir az uzaqlaşdı. Bu hərəkətləri izləyən Rəsuli Əkrəm (s.a.v.) ona dönərək:

- Kasıblığından sənə bir şey keçər deyəmi qorxdun?

- Xeyr, ya Rəsulullah.

- Sərvətindən ona bir pay düşər deyəmi qorxdun?

- Xeyr, ya Rəsulullah.

- Paltarların çirklənər deyəmi qorxdun?

- Xeyr, ya Rəsulullah.

- O halda nə üçün yanından uzaqlaşıb bir kənara çəkildin?

- Yanlış bir iş etdiyimi və səhv etdiyimi etiraf edirəm. İndi bu səhvimin əvəzi və bu günahımın kəffarəsi olaraq sərvətimin yarısını bu müsəlman qardaşıma verməyə hazıram dedi. Çünki ona qarşı səhv bir hərəkət etdim. Məni bağışlayın, ya Rəsulullah.

- Köhnə geyimli adam: Lakin mən bunu qəbul etməyə hazır deyiləm.

- Camaat: Nə üçün?

- Çünki bir gün məni də bu cür özündən razılığın sarmasından və bir müsəlman qardaşıma, bu gün bu şəxsin mənə etdiyi kimi, eyni hərəkəti etməkdən qorxuram, deyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!