Allahın gözəl adları(1-ci hissə)

Allahın gözəl adları(1-ci hissə)
Qadın və Din
10.09.2017 57
Bismillahir Rəhmanir Rəhim.Huvəllahulləzi la ilahə illa hu - o ele Allahdır ki,ondan başqa heç bir ibadət ediləcək ilah yoxdur.

1. Allah - Cənabi haqqın özəl adıdır.

- Gündə min dəfə "Ya Allah" deyən övliyalar sırasına daxil olar.

- Cümə günləri yüz dəfə "Ya Allah" deyən muradına çatar.

- Əcəli çatmamış xəstəyə iki yüz dəfə "Ya Allah" oxunsa şəfa tapar.

2. Rəhman - dünyada hamıya rəhm edən,acıyan.

- Gündə yüz dəfə "Ya Rəhman" deyən mərhəmətli bir insan olar.

- 298 dəfə "Ya Rəhman" yazıb bir kağıza yanında saxlasa bütün bəla və xəstəliklərdən uzaq olar.

- Bir kağıza zəfəranla ayrıca "Ya Rəhman" yazılıb evdə asılsa, o evin sahibi gözəl əxlaq içində yaşayar.

3. Rəhim - axirətdə möminlərə rəhmət edən.

- Gündə 258 dəfə "Ya Rəhim" zikr eləsə, bütün təhlükələrdən uzaq olar.

- "Ya Rəhim" bir kağıza yazılıb ağacın dibinə basdırılsa, o ağacın meyvəsi bol olar.

4. Məlik - mülkü davamlı olan.

- Vaxtaşırı "Ya Məlik" zikr etsə, dünya və axirət nemətlərinə nail olar.

- Sıxıntı vaxtı 100 dəfə "Ya Məlik" zikr etsə, sıxıntıdan çıxar.

5. Quddus - hər eyib və qüsurlardan uzaq

- Hər gün 174 dəfə "Ya Quddus" zikr etsə, gözəl əxlaqlı olar, mələklər kimi olar.

6. Səlam - Salamatlıq verən.

- Əcəli çatmamış xəstəyə 160 dəfə "Ya Səlam" zikr edilsə şəfa tapar.

- Çox-çox zikr edilsə, dünya və axirətdə salamat olar.

7. Mumin - əmin-amanlıq verən.

- Hər gün 136 dəfə "Ya Muminu" zikr edən, özünü, mülkünü, ailəsini əmniyyət altına almış olar.

8. Muheymin - həmişəlik hamıya hidayət edən.

- Kim 135 dəfə tam bir təmizliklə "Ya Muheyminu" zikr etsə, dərəcəsi yüksəlib muradına çatar.

- Çox-çox zikr edənin izzət və şərəfi, zəka və anlayışı çox olar.

9. Əziz - məğlubiyyət bilməyən, güclü və tək qalib.

- 40 gün sübh namazından sonra 40 dəfə "Ya Əziz" zikr edən biehtiyac olar, şərəfli, qüvvət və mətanətli olar.

10. Cəbbar - hər yerə hökm edən.

- Hər gün 21 dəfə "Ya Cəbbar" zikr etsə, bütün müsibətlərdən qorunar.

- 211 dəfə oxuyan muradına çatar və zalımın zülmündən xilas olar.

11. Mutəkəbbir - yaratdıqlarının ən gözəl vəsflərindən uca.

- Zifaf və cimadan əvvəl 10 dəfə "Ya Mutəkəbbir" oxusa, çox xeyirli övladı olar və bərəkət içində yaşayar.

Mənbə: QURAN ilahi möcüzədir kitabı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!