Züleyxanin eşqi

Züleyxanin eşqi
Qadın və Din
10.09.2017 13
Gül iyləyib gülməkmi, gül uğruna ölməkmi?…

Kimiləri Gül dedilər, ömür boyu güldülər

Kimiləri Gül dedilər, gül uğruna öldülər…

demiş şair.

Eşqin ən məşhuru Züleyxanın Hz. Yusifə olan eşqi olub, Qurani Kərimdə belə hekayəsi izah edilməkdədir.

Züleyxanın Yusifə olan eşqi təriflərə sığacaq kimi deyildi.

Züleyxa, könlünü Yusifə qapdırmış, bütün sərvətini və gözəlliyini onun uğruna xərcləmişdir. Dünyanın qızılı, incisi, ləl-cəvahiratı hasili heç bir şeyi onun gözündə deyil və bir heçdir eşqin yanında. O artıq hər şeyi Yusif görər, hər kəsi Yusif deyə çağırar olmuşdur.

Mövlana "Züleyxa, Yusifin eşqindən o hala gəlmişdi ki..." deyir, ''

Yusifin adını başqa adlara gizləmiş və yaxınlarına bu sirri söyləmişdi.

Baxın ay doğuldu, desə; söyüd budağı yaşıllaşdı, desə; başım ağrıyır, desə; başımın ağrısı keçdi, yaxşıyam, desə… həmişə ayrı mənaları vardı bu sözlərin.

Birini tərifləsə onu tərifləyərdi, birindən şikayət etsə onun ayrılığını söyləmiş olardı. Yüz minlərlə şeyin adını ansa, məqsədi də, diləyi də Yusif idi onun..."Züleyxa, Yusifə bir məktub yazmağa başladı. Yusif deyə başladı, Yusif deyə bitirdi… Başqa heç bir söz yaza bilmədi.Züleyxanın məşhur duası da belədir;

"Rəbbim gözlərimdən bu ağrını kim siləcək mənim

Kim yuyacaq gözlərimin içini.

Kim yuyacaq ağrılarla dolan ürəyimi

Rəbbim hər şeyə razıyam 

Hamısına razıyam

Yetər ki eşqdən azad etmə ürəyimi

Yetər ki göz yaşlarımın sərinində yu içimi

Göz yaşlarımı və eşqimi almaonlar məndə qalsın.

 

Əvəz olsun

Mükafat olsun

Hədiyyə olsun

Yoxsulluğum zənginliyim olsun

Yetər eşqim



Yetər ki eşqimin ürəyimə düşdüyü yerə qədər yüksəlim

bədənimin məni həbs etdiyi zindandan eşqimin qanadlarıyla keçib gedim

Eşqlə var olduğum yerdə yenə eşqlə yox olum

Rəbbim ağrıya razıyam amma gözyaşım məndə qalsın

Razıyam yoxluqda var olum



İtirdikcə tapım

Öldükcə yenidən doğulum

Rəbbim çıxar aradan ilişib qaldığım bədənimi və qaldır aradan saf eşqlə aramdakı pərdələri" deyirdi.

Sonunda qəbul oldu duası və qovuşdu Yusufuna…



Sizin də dualarınız qəbul olsun İnşALLAH…

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!