Allahın gözəl adları (2-ci hissə)

Allahın gözəl adları (2-ci hissə)
Qadın və Din
10.09.2017 13
Bismillahir Rəhmanir Rəhim.Huvəllahulləzi la ilahə illa hu - o elə Allahdır ki,ondan başqa heç bir ibadət ediləcək ilah yoxdur.

12. Xalik - yoxdan var edən.

- Gecələri "Ya Xaliku" zikr etsə maddi və mənəvi nurlara qərq olar.

13. Bari - yaradıcı

- Hər gün bir həftə 100 dəfə "Ya Bariu" zikr etsə, bəla və müsibətlərdən uzaq olar.

- Uşağı olmayan qadın bir həftə oruc tutmalı və hər iftarını özü üçün "Ya Xaliku, Ya Bariu, Ya Musavviru!" 21 dəfə oxuyub, su ilə iftar etməlidir.

14. Musavvir - bütün varlıqlara surət verən.

- Hər gün 100 dəfə "Ya Musavviru" zikr etsə, bütün müsibətlərdən qorunmuş olar.

- Uşağı olmayan qadın bir həftə oruc tutub 21 dəfə "Ya Musavviru" zikr etsə, övlada qovuşar, kişi üç gün oruc tutub 21 dəfə "Ya Musavviru" oxuyub suya üfləyib içsə, zurriyyət sahibi olar.

15.Qaffar - günahları bağışlayan.

- Cümə namazından sonra 100 dəfə "Ya Qaffaru" zikr etsə, Allahu-təala onun bütün günahlarını bağışlayar.

16. Qahhar - ən güclü, qalib və hakimdir.

- "Ya Qahharu" zikr edən, nəfsindən, şeytandan, dünyadan əmin olar, qəlbi təmiz olar.

- Gecə yarısından sonra və sübh tezdən zikr etsə, düşmənlərinə qalib gələr.

17. Vəhhab - əvəzsiz bağışlayan.

- "Ya Vəhhab" zikr edən muradına çatar, ruzisi bol olar.

18. Rəzzaq - ruzi verən.

- Hər gün yeməkdən əvvəl 21 dəfə "Ya Rəzzaq" zikr etsə, zehni açıq, anlayışı dəqiq olar.

- Gündə 100 dəfə zikr edən dünyada darlıq görməz.

19. Fəttah - rəhmət və ruzi qapılarını açan.

- Kim sübh namazından sonra 15 dəfə "Ya Fəttah" zikr etsə, qəlbi nurlanar, ruzisi bol olar, işləri düzələr.

20. Alim - hər şeyi yaxşı bilən.

- Hər gün bir şəxs "Ya Alim" zikr etsə, elmi artar, yaddaşı möhkəmlənər.

- Gündə 150 dəfə oxusa, mərifət sahibi olar.

21. Qabid - canları alan, sıxan, daraldan.

- 40 gün hər yeyəcəyi loxmaya "Ya Qabidu" oxusa, yediyi bərəkətli olar.

22. Basit - həyat verən, ruzi yağdıran, açan, genişləndirən.

- Kim 71 dəfə "Ya Basitu" zikr edib, sonra əllərini üzünə sürtsə, biehtiyac olar, ruzili, elmli və şərəfli olar.




Mənbə: QURAN ilahi möcüzədir kitabı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!