Hədis

Hədis
Qadın və Din
10.09.2017 6
Məhəmməd Peyğəmbər (s.ə.s):«Allah-Təala Musa ibn İmrana belə buyurmuşdur: Paxıl olan insan, əslində, Allahın nemətlərindən narahatdır. Yəni o, Allahın verdiklərinə naşükürlük edir. Paxıl insan həm də Allahın bəndələri üçün böldüyü qismətə etiraz edir».



İmam Sadiq (ə):«Tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün, nəyəsə meyil saldığına görə, yeyib-içməyə görə səni istəyən kəslə qardaşlıq etmə. Təmiz nəfsli, saf niyyətli insanla qardaşlıq etməyə çalış. Hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!».



İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni, hətta bir tikə çörək və ya bir ovuj şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur».



Məhəmməd Peyğəmbər (s.ə.s):«Sevimli Peyğəmbərimiz kürəkəni olan İmam Əliyə bu məsləhətini vermişdir: «Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda şeytan heç vaxt balana zərər-ziyan vura bilməz».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!