Ananın ehtiyacı var

Ananın ehtiyacı var
Qadın və Din
10.09.2017 60
Əbül-Həsənül-Hərkani belə nəql edir:

İki qardaş vardı. Bu iki qardaşın xidmətə möhtac bir anaları vardı. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri Allahu Təalaya ibadət edərdi. Bir axşam, Allahu Təalaya ibadət edən qardaş, etdiyi ibadətdən, duyduğu həzzdən ötəri qardaşına:



- Bu gecə də anama sən xidmət et, mən ibadət edim, dedi.



Qardaşı qəbul etdi. İbadət edərkən səcdədə yatdı və o anda bir yuxu gördü.

Yuxusunda bir səs ona:



- Qardaşını bağışladıq, səni də onun xatiri üçün bağışladıq, deyincə gənc:



- Mən Allahu Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Lakin məni onun etdiyi əməl üzündən bağışlayarsınız, dedi.

Səs ona:

- Bəli, sənin etdiyin ibadətlərə bizim heç ehtiyacımız yoxdur. Lakin, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, qarşılığını verdi.
 
Müqəddəs kitabımız Quranda, İsra surəsi, 23-cü ayədə buyurulub:
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin

yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!