Allahın gözəl adları (3-cü hissə)

Allahın gözəl adları (3-cü hissə)
Qadın və Din
10.09.2017 15
Bismillahir Rəhmanir Rəhim. Huvəllahulləzi la ilahə illa hu - o elə Allahdır ki, ondan başqa heç bir ibadət ediləcək ilahi yoxdur.

23. Hafid - alçaldan, yuxarıdan aşağı endirən.

- 3 gün oruc tutub 70 dəfə "Ya Hafidu" zikr etsə, bütün düşmənlərini məğlub edər, Allahu-təalanın himayəsində olar.

24. Rafi - yüksəldən, yuxarıya qaldıran.

- Gündə 100 dəfə "Ya Rafiu" zikr etsə, şərəfi artar, dərəcəsi yüksələr. Zülmündən qorxduğu zalımım şərrindən qorunar.

25. Muizz - güclü, qalib, şərəfləndirən.

- Hər cümə gecəsi 140 dəfə "Ya Muizzu" zikr etsə, bütün insanların şərrindən uzaq olar, hörmət görər.

26. Muzill - zəlil edən, alçaldan.

- Kim 75 dəfə "Ya Muzillu" zikr etsə və səcdəyə gedib "Ya Rəbbim, məni filan kimsənin şərrindən qoru" desə Allahu-təla onu mühafizə edər.

27. Səmi - hər şeyi yaxşı eşidən.

- Kim 100 dəfə "Ya Səmiu" zikr etsə, bütün istəkləri qəbul olunar.

28. Basir - hər şeyi çox yaxşı görən.

- Kim 100 dəfə cümə namazından əvvəl "Ya Basiru" zikr etsə, bəsirət gözləri açılar, imanı artar.

29. Hakəm - hökmü rədd edilməyən, haqqı yerinə gətirən.

- Kim yuxu qabağı "Ya Hakəmu" zikr etsə, ilahi hikmətə nail olar.

30. Ədl - ədalətsizliyə yol verməyən, adil.

- Kim "Ya Ədlu" zikr etsə, insanların hörmət və etibarını görər.

31. Lətif - işlərin incəliklərini bilən.

- Xəstə hər gün 100 dəfə "Ya Lətifu" zikr etsə, şəfa tapar, fağırlıqdan qurtarar.

32. Xabir - hər şeydən xəbərdar.

- Pis xasiyyətli "Ya Xabiru" zikr etsə, əxlaqlı olar.

33. Halim - helm sahibi, günahkarları cəzalandırmağa səbr edən.

- Kim "Ya Halimu" zikr etsə, bəlalardan uzaq olar, məhsula oxusa, bərəkətli olar.



Mənbə: QURAN ilahi möcüzədir kitabıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!