Allahın gözəl adları (4 və 5-ci hissə)

Allahın gözəl adları (4 və 5-ci hissə)
Qadın və Din
10.09.2017 58
Bismillahir Rəhmanir Rəhim. Huvəllahulləzi la ilahə illa hu - o elə Allahdır ki, ondan başqa heç bir ibadət ediləcək ilahi yoxdur.

34. Azim - ağlı yüksək dərəcədə olan.

- Kim "Ya Azimu" zikr etsə, insanlar arasında şərafətli olar, xəstəyə oxunsa şəfa tapar.

35. Qafur - çox bağışlayan.

- Kim "Ya Qafuru" zikr etsə, baş ağrısı gedər.

- Cümə namazından sonra 100 dəfə zikr etsə, günahları bağışlanar.

36. Şəkur - yaxşı mükafatlandıran.

- Kim 41 dəfə "Ya Şakuru" suya zikr etsə, o suyu gözüə sürtsə, gözünün nuru artar.

37. Əliyy - çox uca, lap yüksək.

- Kim hər gün "Ya Əliyyu" zikr etsə, ruzisi bol olar, qəriblikdən qurtarar.

38. Kəbir - çox ulu, böyük.

- Kim hər gün 100 dəfə "Ya Kəbiru" zikr etsə, bütün xalq yanında şərəf sahibi olar. Borclu olana Allahu-təala pul yetirər ki, borcunu versin, rütbədən endirilən rütbəsinə qayıdar.

39. Hafiz - qoruyan, mühafizə edən.

- Kim hər gün 16 dəfə "Ya Hafiz" zikr etsə, bütün zərərlərdən və qorxulardan qurtarar.

40. Mukit - geyindirən, bar və ruzi verən.

- Kimin pis əxlaqı var, 7 dəfə suya "Ya Mukit" zikr etsə, suya üfürüb içsə, yaxşı əxlaqlı olar. Çox ağlayan uşağa bu suyu versə, ağlamaz.

41. Hasib - hamının ehtiyacının qədərini bilən.

- Kim 70 dəfə "Ya Hasib" zikr etsə, düşmən qorxusundan, şərdən, bədnəzərdən, həsəddən qurtarar.

42. Cəlil - yüksək, böyük, ulu.

- Kim "Ya Cəlil" yazıb suya atsa və bu suyu içsə, ya zikr etməyə davam etsə, Allahu-təla yanında qiymətli olar.

43. Kərim - çox cömərd, kəraçəti bol olan.

- Kim "Ya Kərim" zikr etsə, dünya və axirət səadətinə yetər, insanlar arasında şərəfli olar.

44. Raqib - bütün varlıqlara göz qoyan.

- Kim 7 dəfə "Ya Raqib" malına ya özünə zikr etsə, bütün bəlalardan qorunar. Hamilə qadı 312 dəfə zikr etsə, zəhmət çəkməz, malını itirən tapar.

45. Mucib - dualar qəbul edən.

- Kim 60 dəfə "Ya Mucib" zikr etsə, bütün duaları qəbul olunar.

46. Vəsi - neməti bol olan.

- Kim "Ya Vəsi" zikr etsə, ruzisi geniş olar, zəngin xəzinələrə sahib olar.

47. Hakim - hikmət sahibi, hər işin öz yerini bilən.

- Kim "Ya Hakim" zikr etsə, qəlbi nurla dolar, böyük mərtəbəyə nail olar.

48. Vədud - sevən və sevilməyə layiq olan.

- Kim yeməkdən qabaq çox-çox "Ya Vədud" zikr etsə, məhəbbətə layiq olar.

49. Məcid - yüksək şan-şöhrət sahibi.

- Kim sübh namazından sonra 9 dəfə "Ya Məcid" zikr etsə,  həmyaşıdları arasında böyük hörməti olar.

50. Bais - peyğəmbərlər göndərən, ölümdən sonra dirilən.

- Kim 100 dəfə "Ya Bais" zikr etsə ruzisi bol olar.

51. Şahid - gözündən heç bir şey qaçmayan, hər yerdə hazir və nazir olan.

- Kim şəhadət barmağını itaətsiz övladının alnına qoyub çox-çox "Ya Şahid" zikr etsə, ya da itaətsiz qadınına, iaət edərlər.

52. Haqq - var olan, varlığı dəyişməyən.

- Kim çox-çox "Ya Haqq" zikr etsə, gələcəyi yaxşı olar, pisliklərdən qorunar.

53. Vəkil - hamının işlərini görən, mənfəətli edən.

- Kim 76 dəfə "Ya Vəkil" zikr etsə, zəlzələdən, dənizdə boğulmaqdan, yanğından qorunar, bütün bəlalardan hifz olunar.

54. Qaviyy - çox güclü.

- Kim 114 dəfə "Ya Qaviyy" zikr etsə, düşmənlərinə qarşı çox güclü olar, istəkləri yerinə yetər.

55. Mətin - çox sağlam, sarsılmayan.

- Kim çox-çox "Ya Mətin" zikr etsə, qüvvətli olar, ibadətindən zövq alar. Südü olmayan ana zikr edib desə, uşağını öz südü ilə böyüdər.




Mənbə: QURAN ilahi möcüzədir kitabı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!