Allahın gözəl adları (6-cı və 7-ci hissə)

Allahın gözəl adları (6-cı və 7-ci hissə)
Qadın və Din
10.09.2017 35
Bismillahir Rəhmanir Rəhim. Huvəllahulləzi la ilahə illa hu o elə Allahdır ki, ondan başqa heç bir ibadət ediləcək ilahi yoxdur.

56. Vəliyy - yaxşı dostlarına yardımçı.

- Kim "Ya Vəliyy" zikr etsə, evinə girib çıxanda, söhbət əsnasında gözəl ailə həyatı sürər.

57. Hamid - hər yerdə bəyənilən.

- Kim 62 dəfə "Ya Hamid" zikr etsə, pak əxlaqlı olar.

58. Muhsi - hər şeyi qavrayan, yaratdığı hər şeyin sayını bilən.

- Kim cümə gecələri 100 dəfə "Ya Muhsi" zikr etsə, qiyamət günü sorğu-sualı asan olar.

59. Mubdi - hər şeyi heç bir maddəsiz yaradan.

- Kişi hamilə arvadının göbəyini şəhadət barmağı ilə tutub "Ya mubdi" 99 dəfə zikr etsə, uşaqdüşməsi olmaz, arvad sağ-salamat doğar.

60. Muid - ölümə və ölümdən sonra təkrar həyata qaytaran.

- Kim 124 dəfə "Ya Muid" zikr etsə, unutqanlıqdan xilas olar.

61. Muhyi - həyat verən, can bağışlayan.

- Kim 7 gün "Ya Muhyi" zikr etsə, ağrıyan yerlərinə üfürsə, ağrıları keçər.

62. Mumit - öldürən, can alan.

- Kim "Ya Mumit" zikr etsə, nəfəsin qoruyar.

63. Hayy - daima diri olan.

- Kim hər gün "Ya Hayy" zikr etsə, uzun və bərəkətli ömür sürər.

64. Qayyum - hərşeyi, yeri-göyü yaradan.

- Kim hər gün 41 dəfə "Ya Qayyum" zikr etsə, qəlbi nurla dolar.

65. Vacid - həmişə zəngin, niyyətinə çatan.

- Kim "Ya Vacid" zikr etsə, qəlbi nurlanar.

66. Macid - şan-şərəf sahibi.

- Kim "Ya Macid" zikr etsə, qəlbi mərifət nuru ilə dolar.

67. Vahid - zatında, sifətində, işlərində tək olan.

- Kim çox-çox "Ya Vahidu" zikr etsə, muradına çatar.

68. Saməd - ehtiyacsız.

- Kim "Ya Saməd" zikr etsə, muradına yetişər, şərəfli olar.

69. Qadir - qüdrətli, istədiyinə gücü çatan.

- Kim dəstəmazda hər hərəkətdə "Ya Qadir" zikr etsə, düşmən şərrindən uzaq olar, məqsədinə çatar.

70. Muktədir - iqtidarlı, hər şeyə qüdrəti çatan.

- Kim "Ya Muktədir" zikr etsə, acilikdən qurtarar, xeyirlərə qovuşar.

71. Mukaddim - qabaqcıl, istədiyini yeridən.

- Kim hərgün 100 dəfə "Ya Mukaddim" zikr etsə, qəlbində ilahi məhəbbət yerləşər.

72. Muahhir - istədiyini geri alan.

- Kim "Ya Muahhir" zikr etsə, şeytan vəsvəsindən uzaq olar.

73. Əvvəl - başlanğıcı olmayan.

- Övladı olmayan çox-çox "Ya Əvvəl" zikr etsə, övlad sahibi olar.

74. Axir - nəhayəti olmayan son.

- Kim hər gün 100 dəfə "Ya Axiru" zikr etsə, qəlbində ilahi məhəbbət yaranar.

75. Zahir - varlığı günəş kimi açıq.

- Kim "Ya Zahir" zikr etsə, qəlbində mərifət nuru yaranar.

76. Batin - gizli olan, insanlar onu tam bilməməlidirlər.

- Kim hər gün 33 dəfə "Ya Batinu" zikr etsə,  bütün sirlər açılar, həqiqətlər ona görünər.

77. Vali - təkbaşına idarə edən.

- Kim çox-çox "Ya Vali"  zikr etsə, bütün işlərində asanlıq olar. 47 dəfə zikr etsə, şərəf sahibi olar, müsibətlərdən uzaq olar.




Mənbə: Quran ilahi möcüzədir kitabı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!