Şəriətə əsasən kişi 4 aydan çox həyat yoldaşını tək qoyarsa kəbin pozularmi?

Şəriətə əsasən kişi 4 aydan çox həyat yoldaşını tək qoyarsa kəbin pozularmi?
Qadın və Din
10.09.2017 56
 
Deyirlər ki, kişi 4 aydan çox həyat yoldaşını tək qoysa kəbin pozulur.Bu sual bir çoxunu hardasa narahat edir.Şəriətə əsasən gəlin görək bu fikir doğrudurmu?


İslam şəriətinə görə, kişi ən geci dörd gecədən bir öz kəbinli arvadının yanında qalmalıdır. Dörd gecədən bir ona görə deyilir ki, kişinin eyni zamanda dörd qadınla evlənmək ixtiyarı var və onların hər biri ilə bərabər şəkildə ədalətlə davranmalıdır. Həmçinin, kişi ən geci dörd ayda bir dəfə öz həyat yoldaşı ilə cinsi əlaqədə olmalıdır ki, onun haqqını pozmasın.


Amma ər-arvadın razılığı əsasında bu şərtlər pozula da bilər. Məsələn, kişi ezamiyyətə gedirsə, dörd gecədən-bir arvadının yanında qalması vacib olmaz. Həmçinin, tərəflərdən biri xəstədirsə, qadın hamilədirsə və ya başqa səbəb varsa, cinsi əlaqəni də uzun müddət təxirə salmaq olar. Hətta kişi qadının razılığı olmadan, üzrsüz yerə bu deyilənləri icra etməsə də, kəbin pozulmuş sayılmaz.


Kişinin öz arvadını bir neçə ay buraxıb getməsi və ya onunla cinsi əlaqədə olmaması kəbini pozmaz. Kişi bu halda günah qazanmış olur, amma qadın boşanmaq istəsə, talaq üçün kişiyə müraciət etməli və ondan talaq istəməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!