Namaz zamanı qadın əllərini və ayaqlarını da örtməlidir?

Namaz zamanı qadın əllərini və ayaqlarını da örtməlidir?
Qadın və Din
10.09.2017 25
Namaz zamanı qadın əllərini və ayaqlarını da örtməlidir, yoxsa əllərini və ayaqlarını örtməsə də olar?
 Qadinlar.Biz İslam.az-a istinadən bildirir ki, bu barədə İslam məzhəblərinin
görüşləri fərqlidir. Hənəfi məzhəbinə görə, namazda qadının yalnız
sifəti, ovucları (əllərinin içi) və topuqdan aşağı ayaqlarının üzü açıq
qala bilər (ayaqların altı örtülməlidir). Şafii məzhəbi namazda qadının
üzünü və biləkdən aşağı əllərini (həm əllərinin üzü, həm də ovucları)
açıq saxlamağa icazə verir. 
Cəfəri məzhəbinin
müctəhidləri namaz zamanı qadının sifətini (dəstəmazda yuyulan ölçüdə),
biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqlarını açıqda saxlamağa
icazə verirlər. Amma bu yerlərdən artığının açıqda qalmadığına əmin
olmaq üçün deyilən miqdardan azacıq artıq örtülsə, daha yaxşı olar.
Eləcə də, bəzi müctəhidlər ehtiyati-müstəhəbbə görə, ayaqların altını
(dabanı), bəzi müctəhidlər isə bundan əlavə, həm də əllərin içini (ovcu)
örtməyi də məsləhət bilirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!