Dəstamaz almağın savabı

Dəstamaz almağın savabı
Qadın və Din
10.09.2017 163
Dəstamaz namazın açarıdır. Həzrət Peyğəmbər (s.) dəstamazın savabı haqqında belə buyurmuşdur: "Dəstəmaz üzə nur, qəlblərə fərəh verir. Hər bir müsəlman dəstamaz alanda üzünü yuyarkən gözləri ilə baxıb etdiyi günahları, qollarını yuyarkən əlləri ilə etdiyi günahları, ayaqlara məsh çəkərkən ayaqları ilə gedib etdiyi günahları aldığı dəstəmaz suyu ilə təmizləyir. Dəstamaz tamamlandıqda hər bir müsəlman bütün günahlarından təmizlənmiş olur."
Dəstamaz möminin silahıdır. Bu elə bir mənəvi silahdır ki, insan bu silahla nəfsinin və şeytanın pisliklərindən özünü ən gözəl bir şəkildə qoruyur. Dəstamazlı adam namazını vaxtında qılar, şeytan ondan uzaq olar və ona heç bir zərər yetirməz. Dəstəmazlı ikən dəstamazı təzələmək "Nur üzərinə nur gəlmək deməkdir"
Həzrət Peyğəmbər (s.) buyurub:
"Kim gözəl dəstamaz alıb və sonra Allahdan başqa Allah olmadığını, həzrət Məhəmməd (s.) onun rəsulu olduğunu şəhadət edərsə və məni günahlardan bağışla deyərsə, üzünə Cənnətin səkkiz qapısı açılar və istədiyi qapıdan içəri girməkdə sərbəst olar"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!