Dində oral intim əlaqə barədə nə deyilir?

Dində oral intim əlaqə  barədə nə deyilir?
Qadın və Din
10.09.2017 406
Sual: Dində oral əlaqə (ağız yoluyla seksual münasibət) barədə nə deyilir?

Cavab: İslam dinində bu məsələ ilə əlaqədar bir hökm yoxdur. Lakin bu cür bir
əlaqə korlanmamış olan insan təbiətinə ziddir. Başqa sözlə, məkruhdur.1
Bəqərə surəsinin 222 və 223-cü ayələrini
oxusanız, anal seksin (tərs yoldan cinsi əlaqə, anus dəliyindən
istifadə etməklə qurulan cinsi münasibət) dini cəhətdən düzgün
olmadığını başa düşərsiniz. Peyğəmbərin (s. a. v.) anal cinsi əlaqəni
qadağan edən hədislərini bu cür qiymətləndirmək lazımdır. Oral yolla
əlaqə isə məsləhət görülməsə də, qabaq və arxa hissədən həyata keçirilən
bir cinsi əlaqə növü deyil. Əgər elə olsaydı, anal əlaqəni qadağan edən
hədislər varid olduğu kimi, bu məsələdə də mütləq bir qadağa xəbəri
gələrdi.
Bunu yaxşı hesab etməyən alimlərin dəlilləri xəstəlik tutmaq və yoluxmaq qorxusudur.
Bu məsələ ilə əlaqədar nəss (ayə və hədis kimi qəti bir dəlil) olmadığına görə də məkruh hökmü verilir.
Məkruh əməl haram əməl kimi deyil. Haram əməl haqqında qadağan olduğuna dair qəti bir hökm olan əməldir.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir.

Məkruh -
Allahın qəti olmayan bir dillə etməməyimizi əmr etdiyi hərəkət. [↩]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!