Sual: Aybaşı zamanı cinsi əlaqə olarmı?

Sual: Aybaşı zamanı cinsi əlaqə olarmı?
Qadın və Din
10.09.2017 296
Sual: Qadın aybaşı halında olduğu vaxt onunla cinsi əlaqədə olmağın bir cəriməsi var? Əgər varsa, bu cəza nədən ibarətdir?

Cavab: Bir kişi öz arvadı ilə onun aybaşı halı qurtarmadan cinsi əlaqədə olsa,
günahkar olur. Ona görə də tövbə edib Allahdan bağışlanmağını
diləməlidir. Bununla yanaşı, onun kasıb müsəlmanlara bir və yaxud yarım
dinar (4,25 qram qızıl) sədəqə verməyi məsləhət görülür.
Abdulla ibn Abbasın (r. a.) rəvayət
etdiyinə görə peyğəmbər (s. a. v.) xanımı ilə heyzli halda cinsi əlaqəyə
girən şəxs haqqında belə buyurub:
"O şəxs bir, yaxud da yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, Nikah, 46-47.)

"Bir şəxs arvadına heyz qanının axmağa
başladığı vaxt yaxınlaşsa, bir dinar, qan kəsildikdə isə arvadı
yuyunmadan yaxınlaşsa, yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, yenə
orada.)
Materialdan istifadə edərkən mənbə göstərilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!