Toy gecəsi aybaşı

Toy gecəsi aybaşı
Qadın və Din
10.09.2017 660
Sual: Aybaşı dövrü zifaf
gecəsinə (toy gecəsi, evliliyin birinci gecəsi) təsadüf edən bir qadının
kəbini düzdür? Yoxsa təmizlənəndən sonra bir də kəbin kəsdirmək
lazımdır?



Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:
"Səndən qadınların heyzini
(aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Qadınları heyzli
ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın.
Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah
tövbə edənləri də, tərtəmiz olanları da sevər”.
(Bəqərə, 2/222)
Bu ayədən belə məlum olur ki, qadınlar
aybaşı dövründə ikən təmiz olmurlar. Yəni, qadınlar bu dövrdə
şərtlərindən biri də təmizlik olan namaz ibadətini yerinə yetirməklə
məsul deyillər. Ayəyə əsasən aybaşı halında olan bir qadına qadağan olan
digər bir şey də əri ilə cinsi əlaqəyə girməkdir. Aybaşı halında olan
bir qadına bundan başqa qadağan olan bir şey yoxdur.
Bir nikah əqdinin (kəbinin) mötəbər
olması üçün qadının aybaşı halında olmamağı kimi bir şərt yoxdur.
Qadının aybaşı dövründə kəsilən kəbin mötəbərdir (qüvvədədir), odur ki,
qadın təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazım deyil.


Materialdan istifadə edərkən mənbə göstərilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!