Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi

Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi
Qadın və Din
10.09.2017 32
İslam dinində dişləri təmiz saxlamağa
xüsusi əhəmiyyət verilir. Peyğəmbərin (əs) bu məsələ ilə bağlı hədisləri
həqiqətən də, çoxdur. Belə ki, o, dişləri təmizləməyin insanı Allahın
razılığına çatdırdığını bildirib. Yeməkdən sonra dişlərini
təmizləyənləri gözəl bəndələr kimi səciyyələndirmiş, öz
hüzuruna saralmış dişləri ilə gələn əshabələrini də məzəmmət etmişdir.
İlk müsəlmanları bu işə həmişə belə həvəsləndirmişdir:
"Əgər mənim ümmətimə (mənə iman gətirənlərə) ağır gələcəyindən çəkinməsəydim, məsləhət görməklə kifayətlənməz, hər namaz üçün (dəstəmaz aldıqda) mütləq (misvakdan istifadə edib) dişlərini təmizləməyi əmr edərdim.”

Dişləri təmizləməyin seks baxımından əhəmiyyəti
Dişləri təmizləmək bədənin ümumi
sağlamlığı baxımından böyük əhəmiyyətə malikdir. Eynilə bunun kimi,
seksual doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.
Sevişməyə necə deyərlər, start verən və
bundan irəli gələn həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və
dodaqlardır. Dişlərin təmizlik və sağlamlığına fikir verilmədiyinə görə
pis qoxu verən bir ağız, yaxud da misvaklanmadığı-fırçalanmadığı üçün
dişlərinin arasında xörək qırıntıları qalan bir ağız sevişməyə mənfi
təsir göstərir. Məlumdur ki, bu hal cinsi əlaqənin romantikliyini aradan
qaldırır, üstəlik də nifrətamiz hislər yaradır. Ona görə də şübhə
etmirik ki, diş sağlamlıq və təmizliyinə laqeyd yanaşan ər-arvad
bir-birinə müvafiq olmayan bir cütlük formalaşdırırlar.
Allahın elçisi (əs) dişlərin sağlamlıq
və təmizliyinə ona görə böyük əhəmiyyət verib ki, bu məsələnin ictimai
münasibətlər və seks arasındakı əlaqəsini yaxşı bilib.
Allahın səlatu-salamı onun üzərinə
olsun, onun dəstəmazla yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair
elementar bir tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır.
Yadınıza salaq ki, Allahın elçisi (əs)
hər bir xanımın yanına daxil olduğu vaxt onunla cinsi əlaqədə olmadan da
maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir:

كَانَ رَسُولُ الله اِذَا قَامَ مِنَ اللَّيْلَ يَشُوصُ بِالسَّوَاكِ

"Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini ovxalayıb təmizləyirdi.”
Onun hörmətli xanımı, əziz anamız həzrəti Aişə soruşulan bir suala belə cavab vermişdir:
- Allahın elçisi evinə gəldiyi vaxt hər şeydən əvvəl misvakdan istifadə edirdi.
Yenə həzrəti Aişə (ra) nəql edir:
Allahın elçisi dişlərini misvaklayır, sonra da onu yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da yuyub ona verirdim.
Bu hədislərdəki sekslə əlaqədar
məqamları dərk edə bilməyənlərə peyğəmbərin (əs) elçi-görücü sifətilə
göndərdiyi Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı:
"Ey Ümmü Süleym! O qadının bədənini iylə. Ayaqlarına nəzər sal.”
İndi isə mirvari kimi ağappaq dişləri
olan və ağız iylərini qətiyyən xoşlamayan peyğəmbərimizdən (əs) bu mövzu
ilə əlaqədar bir təhlil də nəql etmək istəyirik.
Belə ki, həzrəti peyğəmbərin (əs)
xanımlarından biri olan həzrəti Həfsa peyğəmbər ona baş çəkdiyi vaxt
(özünə göndərilən) baldan şərbət hazırlayıb və ona içirdib. Bu hal
həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və lətifəvari
təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və həzrəti
Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy verir. Allahın
elçisi isə bu əhvalatın üstündən bal yeməyəcəyinə dair and içib.
Quranın Təhrim surəsinin ilk ayəsinin
nazil olma səbəblərindən biri kimi izah edilən bu hadisədə bizim əsl
mövzumuz baxımından mühüm bir məqam var: O da budur ki, Allahın elçisi
(əs) xanımlarının o sözündən sonra həssas hərəkət edərək o cür bir bal
yeməməyə and içib. Təbii ki, sonra bu andından daşınmış, kəffarəsini də
vermişdir.
Bu cür həssas bir ruha malik olan
həzrəti Muhəmmədin (əs) misvaklanmaqla əlaqədar tapşırıq və
əməllərindəki seksual xarakterli məqamları görə bilməməyi, eləcə də,
özünü görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz.

MƏNBƏ: Əli Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!