Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz?

Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz?
Qadın və Din
10.09.2017 55
Sual: Saytınızdakı bir
sual-cavabda belə bir şey yazmısınız: "Bəkarət nə qədər mühüm olsa da,
nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq
ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər.
Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq
və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu
cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə
qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti
yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin
niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və
haqq-hüquq verilməyib”. Axırıncı cümlə məni yaman düşündürür. Sizcə
bunda bir problem yoxdurmu? Əgər əri də soruşa bilməzsə, kim soruşa
bilər?

Cavab: Əgər bizim o
suala verdiyimiz cavabı bir daha və bütün ön qəbullardan uzaqlaşmaq
şərti ilə oxusanız, yəni, məsələyə obyektiv yanaşsanız, görərsiniz ki,
cavabda heç bir problem yoxdur. Həmin cavabda qeyd edildiyi kimi, qızlıq
pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən
hoppanmaq nəticəsində də cırılmış ola bilər. Qadının bundan heç xəbəri
də olmaz. Elə isə qadını bilmədiyi bir səbəbə görə sorğu-sual etmək onu
psixoloji cəhətdən məhv etmək deməkdir.
Bu məsələ eynilə zinanın sübut
olunmasına oxşayır. 4 nəfər zinanı görmədikcə qadının zina etdiyini
irəli sürmək olmaz. Yəni, 1, 2 və ya 3 nəfər bir qadının zina etdiyiniz
desələr, onların bu sözünü qəbul etmək olmaz. Hətta bu qadının əri belə,
4 şahid gətirə bilməsə, qadına zinanın cəzası tətbiq oluna bilməz.
Bütün bunlar qadınların ictimai mövqeyi nəzərə alınaraq Allah tərəfindən qoyulmuş bir qalxandır.
Bu məsələ ilə əlaqədar olaraq fiqh (İslam hüququ) kitablarında belə deyilir:
"Əgər bir şəxs hər hansı bir qızla həmin
qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla
evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız
əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna
hüququ çatır”.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir


Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141, 457-ci bənd. 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!