SUAL: Toy gecəsinə məxsus bir dua var?

SUAL: Toy gecəsinə məxsus bir dua var?
Qadın və Din
10.09.2017 25
Sual: Toy gecəsi oxunmalı olan xüsusi bir dua var?


Cavab: Abdulla ibn Məsuddan nəql olunan bir rəvayətə əsasən Muhəmməd peyğəmbər (s. a. s.) belə demişdir:
"Toy gecəsi gəlin bəyin yanına girdiyi
vaxt bəy namaza durur, gəlin də onun arxasında. Birlikdə iki rükət namaz
qılırlar. Sonra kişi belə dua edir:


اَلّلهُمَّ بارِكْ لِي فِي أَهْلِي وَبارِكْ لِأَهْلِي فِيَّ
اَلّلهُمَّ ارْزُقْهُمْ مِنِّي وَارْزُقْنِي مِنْهُمْ
أَلّلهُمَّ اجْمَعْ بَيْنَنا ما جَمَعْتَ فِي خَيْرٍ وَفَرِّقْ بَيْنَنا إِذا فَرَقْتَ إِلى خَيْرٍ


OXUNUŞU: Allahummə
barik li fi əhli və barik li əhli fiyyə. Allahummə-r-zuqni minni
və-r-zuqni minhum. Allahummə-c-ma beynəna ma cəmatə fi xeyrin və fərriq
beynəna iza fəraqtə ila xeyrin.



MƏNASI: "Allahım! Məni
və yoldaşımı bir-birimiz üçün bərəkətli et. Allahım, yoldaşımı məndən
faydalandır, məni də ondan. Allahım! Bizi bir yerə cəm etdiyin müddət
ərzində xeyirdə cəm et və ayırsan da, xeyirlə ayır”.1


Bu rəvayət isnadında olan bəzi şəxslərə görə zəif hesab olunur. Təbəraninin kitabında qeyd olunan və buna nəzərən daha
mötəbər olan rəvayətdə isə bu dua peyğəmbərin deyil, məhz Abdulla ibn
Məsudun tövsiyəsi kimi qeyd edilir.2




Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. 




[/b][b]

Əli ibn Əbu Bəkr əl-Heysəmi, məcməu-z-zəvaid və mənbəu-l-fəvaid, 4-cü cild, s. 291-292. [↩]
Heysəmi, eyni əsər, s. 292. [↩]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!