Qadın əri ilə yaşadığı cinsi əlaqəni başqa qadınlara danışa bilər?

Qadın əri ilə yaşadığı cinsi əlaqəni başqa qadınlara danışa bilər?
Qadın və Din
10.09.2017 64
Sual: Bir qadın öz əri ilə
yaşadığı cinsi əlaqə təcrübələrini başqa qadınlara danışa bilər? Bəs
kişilər necə? Onlar öz arvadları barədə başqa kişilərə danışa bilərlər?



Cavab: Evli
qadınların (eyni zamanda kişilərin) ancaq özlərinə aid olan məsələləri
və ərləri (arvadları) ilə olan münasibətləri bir-birinə danışmaqları
düzgün deyil.



Məhəmməd peyğəmbər (s. a. s.) bu barədə belə demişdir:
"Şübhəsiz ki, Qiyamət günündə
Allahın dərgahında vəziyyəti ən pis olan insanlardan biri də arvadı ilə
yaxınlıq etdikdən sonra onun sirrini yayandır”
.1


"Şübhəsiz ki, Qiyamət günündə
Allahın dərgahında ən böyük xəyanətlərdən biri arvadla ər birlikdə
olduqdan sonra ərin arvadın sirrini ifşa edib danışmağıdır”
.2


Bir gün bir dəstə kişi və qadın oturmuşdular. Peyğəmbər (s. a. s.) onlardan soruşdu:
"Sizin aranızda elə bir nəfər
varmı ki, arvadı ilə yaxınlıq etmək itədiyi vaxt qapını örtsün və öz
üstünə də bir şey çəkib Allahın örtüyü ilə örtünsün?”



Onlar da cavab olaraq: "Bəli”, – dedilər.
Allahın elçisi (peyğəmbər) sözlərinə davam etdi:
"Sonra (həmin şəxs) bu işdən (cinsi yaxınlıq) sonra (bir məclisdə oturub) mən bu gün arvadımla belə-belə etdim”, – deyərmi?”


Cavab verən olmadı. Bunun üstündən peyğəmbər üzünü qadınlara tutub soruşdu:
"Sizin aranızda da bu kimi şeyləri başqalarına danışanlar var?”


Qadınlar da susdular. Sonra cavan bir
qız bir dizinin üstünə çökdü və sözünü yaxşıca eşitdirmək üçün və
peyğəmbər onu görsün deyə, boğazını qabağa uzadıb dedi:
"Ey Allahın peyğəmbəri! Bu kişilər də, qadınlar da bu kimi şeyləri başqalarına danışırlar”.
Bunu eşidən peyğəmbər dedi:


"Heç bilirsiniz, bu nəyə
oxşayır? Bu, bir şeytanın bir şeytanla yolda rastlaşıb camaat onlara
baxa-baxa cinsi əlaqədə olmağına oxşayır…”
3
Nəticə olaraq, ər-arvadın öz aralarında
baş verən şeyləri başqalarına danışmaqları günahdır. Bunun belə olduğunu
yuxarıdakı hədislərdən də açıq-aydın surətdə görmək mümkündür. Elə isə
bu pis əməldən uzaq durmaq lazımdır.


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. 

[b][/b]

Müslim, Nikah, 123 (1437).

Müslim, Nikah, 124; Əbu Davud, Ədəb, 32; Əhməd ibn Hənbəl, 3/69.

Əbu Davud, Nikah, 48-49.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!