Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır?

Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır?
Qadın və Din
10.09.2017 38
Sual: Cinsi əlaqədən qabaq hansısa bir duanı oxumaq lazımdır? Muhəmməd peyğəmbərin bununla bağlı hədisi var?


Cavab: Sualınızda qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq peyğəmbərimizdən (s. a. s.) belə bir hədis nəql edilmişdir:
"Mənim ümmətimdən bir nəfər öz yoldaşı ilə yaxınlıq etmək istədiyi vaxt belə desin”:


بِاسْمِ اللهِ اَلّلهُمَّ جَنِّبْنا الشَّيْطانَ وَجَنَّبِ الشَّيْطانَ ما رَزَقْتَنا


Yuxarıdakı  duanın oxunuşu belədir:
"Bismillah. Allahummə cənnibna-ş-şeytanə və cənnibi-ş-şeytanə ma rəzəqtəna”


Həmin dua aşağıdakı mənanı verir:
"Bismillah! Allahım, şeytanı bizdən və bizə verəcəyin uşaqdan uzaq et”.


Muhəmməd peyğəmbərin (s. a. v.) bu
hədisinə əsasən kim belə desə və onlara bu yaxınlıqdan bir övlad
verilsə, şeytan o uşağa heç vaxt ziyan verə bilməz.1


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  

[/b][b]

MƏNBƏ: Buxari, Bədu-l-xəlq, 11, Dəavat, 55, Tovhid, 13; Müslim, Nikah, 116 (1434); Əbu Davud, Nikah, 44-45; Tirmizi, Nikah, 8; İbn Macə, Nikah, 27; Əhməd ibn Hənbəl, 1/217.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!