Toy gecəsi bakirə olmayan arvadı boşamaq olar?

Toy gecəsi bakirə olmayan arvadı boşamaq olar?
Qadın və Din
10.09.2017 159
Sual: Toy (zifaf) gecəsi
arvadının qızlıq pərdəsinin olmadığını, yəni, onun bakirə olmadığını
görən bir kişi buna əsaslanaraq kəbinin ləğv edilməsini tələb edə bilər?


Cavab: Xeyr, tələb edə bilməz.


Bu məsələdə bir qadın üçün qüsur və nöqsan hesab edilən şeylər bunlardır:
Qadının cinsiyyət orqanında cinsi
əlaqəyə mane olan sümük, ət parçası yaxud da qabaq hissə ilə arxa hissə
arasındakı pərdənin yırtıq olması.
Əgər kişi belə bir şikayətlə məhkəməyə
müraciət etsə, məhkəmə işi müəyyən qaydalar daxilində normal şəkildə
aparılır və lazım gəlsə, kəbin ləğv edilir. Qızlıq pərdəsinin olmaması
bu nöqsanlardan deyil. Başqa sözlə, qızlıq pərdəsinin olmadığını səbəb
göstərib kəbinin ləğv edilməsini tələb etmək olmaz.
Bəkarət nə qədər mühüm olsa da, nəzərə
almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da
çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi
sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və
qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu
cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə
qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti
yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin
niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və
haqq-hüquq verilməyib.
Əgər bir şəxs hər hansı bir qızla həmin
qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla
evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız
əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna
hüququ çatır.1


Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:
Qız/qadın ərinin onunla cinsi əlaqəyə
girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu
tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir.
Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il
möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq
etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla
cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna
etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı
yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı
vermək üçün aparılır.2


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  

[/b][b]

Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141 
Eyni əsər, s. 351.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!