Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?

Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?
Qadın və Din
10.09.2017 20
Sual: İslam dininin anaya
böyük əhəmiyyət verdiyini çox yaxşı bilirəm. Ana sənə zülm versə də,
onunla yaxşı rəftar etməlisən. Mən öz anamı çox sevirəm və onu hər şeydə
razı salmaq istəyirəm. Amma anam mənim sevmədiyim insanla ailə
qurmağımı istəyir. Mənə deyir ki, əgər onunla evlənməsən, səndən razı
olmayacağam. Mən nə etməliyəm? Ananın belə bir haqqı var?

Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur:
"Rəbbin ancaq Ona ibadət
etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi.
Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq
yaşına gəlmək), onlara: "Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də
gözəl söz de!

[/b][b]
Onların hər ikisinə rəhm edib
təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni
balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət
et!”, – deyib dua et”.



Rəbbiniz sizin qəlblərinizdəkini
çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki,
Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”.
(İsra, 17/23-25)

"Biz insana ana-atasına qarşı
yaxşılıq tövsiyə etdik. Anası onu güc-bəla ilə qarnında daşıyıb. Süddən
kəsilməyi də 2 il çəkir. İnsana dedik: «Həm Mənə, həm də ata-anana şükr
et! Unutma ki, axırda Mənə qayıdacaqsınız».



"Ey insan övladı! Anan və atan
səni kor-koranə surətdə Mənə şərik qoşmağın üçün məcbur etsələr, onlara
itaət etmə. Dünya işlərində onlarla yaxşı rəftar et. Mənə üz tutan kəsin
yoluna tabe ol.  Axırda Mənə dönəcəksiniz.  O vaxt etdiklərinizi sizə
bildirəcəyəm”.
(Luqman, 31/14-15)

Bu ayələrdəki ehsan (yaxşı rəftar etmək)
və kor-koranə itaət etməyi birbirinə qarışdırmaq olmaz. Ananızın sizi
istəmədiyiniz bir şəxslə evləndirməyə ixtiyarı yoxdur. O bu məsələdə
uzaqbaşı məsləhət verə bilər. Ailə quracağınız insanla siz ömür
sürəcəksiniz. Ona görə də bu barədə siz qərara gəlməlisiniz. Bunu
ananıza onun xətrinə dəymədən yaxşı-yaxşı izah etməlisiniz. Onun da
razılığını alıb bu məsələni həll etməlisiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!