İslamda Bakirəliyin əhəmiyyəti nədir?

İslamda Bakirəliyin əhəmiyyəti nədir?
Qadın və Din
10.09.2017 98
Sual: Dini baxımdan
bakirəliyin əhəmiyyəti nədən ibarətdir? Əgər bakirə olmağın heç bir
xeyri yoxdursa, aradan qalxmağı (bakirə olmamaq halı) niyə bu qədər
vacibdir? Allah niyə bəndələrinə qarşı ayrı-seçkilik qoyur?


Cavab: Allah bəndələrinə qarşı heç cür ayrı-seçkilik etməz.


Bakirəlik sadəcə olaraq qanuni bir
nikah, başqa sözlə, dinə müvafiq qaydada kəsilən kəbin nəticəsində,
yəni, evlilik vasitəsilə aradan qaldırıla bilər. Evlilikdən başqa
birlikdə olmaq zinadır. Zina isə öz növbəsində Allahın qəti surətdə
qadağan etdiyi ağır bir günahdır. Hətta ona yaxınlaşmaq belə, haram
edilib. Bu barədə Quranda deyilir:
"Zinaya yaxın durmayın. Çünki zina çox murdar bir iş və pis bir yoldur!” (İsra, 17/32).


Bəkarət (bakirə olmaq) nə
qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq,
sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də
cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli
bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu
məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib
vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim
(hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə
olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç
kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.



Əgər bir şəxs hər hansı bir qızla həmin
qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək evlənsə
və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən
aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ
çatır.1
Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:
Qız/qadın ərinin onunla cinsi əlaqəyə
girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu
tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir.
Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il
möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq
etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla
cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna
etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı
yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı
vermək üçün aparılır.2

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  


Ömer Nasuhi Bilmen, Hukuk-i İslamiye ve Istilahat-ı Fıkhiyye Külliyatı, İstanbul, 1985, 2-ci cild, s. 141.  
Eyni əsər, s. 351.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!