Seks problemi olan evli bir kişi başqa qadınlarla ola bilər?

Seks problemi olan evli bir kişi başqa qadınlarla ola bilər?
Qadın və Din
10.09.2017 42
Sual: Mən 6 ildir ki,
evliyəm. 1 uşağımız var. Son zamanlarda arvadımla cinsi əlaqədə
problemlə üzləşirəm. O çox həvəssizdir. Mən isə olduqca istəkliyəm.
Arvadım mənə deyir ki, istəyirsənsə, başqa qadınlarla əlaqə yarada
bilərsən. Yəni, arvadım buna icazə verir amma mən özüm zinanın günah
olduğunu bilirəm. Belə olan halda, nə etməliyəm?


Cavab: Bu məsələdə
sizin yoldaşınızın deyil, Allahın icazə verib verməməyi əsasdır. Allah
Təala zinanı qəti surətdə qadağan edib. Ona görə də bundan uzaq
durmalısınız.

Əgər arvadınızın bir problemi varsa, hər
şeydən əvvəl onu müalicə etdirməlisiniz. Bu, mümkündür. Əgər problem
yenə aradan qalxmasa, o vaxt başqa bir qadınla kəbin kəsdirib evlənə
bilərsiniz. Bunun üçün o qadının (ikinci xanım namizədinin) valideyninin
və ya valideyni əvəz edən şəxsin icazəsi şərtdir. Bir qadın və kişinin
qanuni formada cinsi əlaqədə ola bilməyinin yeganə şərti aralarında
nikahın olmağıdır. Siz də müvafiq bir kəbin kəsdirdiyiniz təqdirdə başqa
bir qadınla evlənə bilərsiniz. Dini baxımdan buna ixtiyarınız və
icazəniz var.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!