Sadəcə bir dua

Sadəcə bir dua
Qadın və Din
10.09.2017 16
 
Allahdan bağışlanma istəyirəm,



Ondan əfv diləyirəm,



etdiyim hər bir günaha,



tərk etdiyim hər bir fərzə,



zülm etdiyim hər bir insana,



etmədiyim hər bir xeyir əmələ, 



yaxınlıq etdiyim hər bir zalıma, 



ləngitdiyim hər bir saleh bəndəyə, 



dinləmədiyim hər bir nəsihətə,



dilimə aldığım hər bir yalana,



zay etdiyim hər bir haqqa,



tərk etmədiyim hər bir batilə, 



itirdiyim hər bir vaxta,



qırdığım hər bir könülə, 



əzdiyim hər bir vicdana,



ifşa etdiyim hər bir sirrə,



aldatdığım hər bir şəxsə, 



xilaf çıxdığım hər bir vədimə,



xəyanət etdiyim hər bir əhdimə, 



alçaltdığım hər bir şəxsiyyətə, 



gizlətdiyim hər bir yaxşılığa,



can atdığım hər bir xətaya,



toxunduğum hər bir namusa,



örtüyünü açdığım hər bir eybə,



dinlədiyim hər bir lağlağıya,



baxdığım hər bir harama,



unutduğum hər bir elmə, 



inandığım hər bir şübhəyə, 



ciddi saydığım hər bir zənnə, 



geciktirdiyim hər bir borca,



tövbə edib təkrar etdiyim günaha,



Sənə qoşduğum hər bir şərikə, 



Şükr etmədiyim hər bir nemətə,



Səndən çəkinmədiyim hər bir ana,



Haqsız qazandığım hər bir mala,



Gizlətdiyim hər bir elmə, 



Unutduğum bütün günahlara,



Lazımınca Sənə yönələ bilmədiyimə görə Səndən məğfirət və bağışlanma diləyirəm Ya Rəbbi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!