İslamda xədimləşməyə münasibət necədir?

İslamda xədimləşməyə münasibət necədir?
Qadın və Din
10.09.2017 31
Sual: İslam dininə əsasən
bir kişi özünü xədim edə yaxud etdirə bilər? Evlənməyə imkanı çatmayan
adam belə etsə, günah olar? Bu barədə nə deyərdiniz?



Cavab: Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:
"İslam dinində evlənməmək və özünü cinsi həyatdan təcrid etmək – ruhbanlıq-rahiblik yoxdur.
Hər ümmətin özünəməxsus bir ruhbanlığı var. Mənim ümmətimin (müsəlmanların) ruhbanlığı Allah yolunda cihad etməkdir.
Həyatı özünüzə çətin hala salmayın.
Elə etməyin ki, sizə də çətinlik törədilməsin. Tarixi cəmiyyətlərdən
biri olan xristianlar ruhbanlığa meyl etdilər. Həyatı özləri üçün
çətinləşdirdilər. Beləcə, gün-güzəranları çətinləşdi. Budur, onların
özlərindən çıxartdıqları (qondarma) ruhbanlığın qalıqları
monastırlardadır. Allah onlarla əlaqədar olaraq belə deyir:

"Biz onlara ruhban olmağı (rahiblik) tapşırmadıq. Onlar bunu Allahın razılığını qazanmaq məqsədilə özləri uydurdular. Ancaq sonra ona layiqincə riayət etmədilər.” (Hədid, 57/27)
İslam dinində seksual aktivliyi aradan qaldırmağa cəhd etmək haramdır

Uca Allahın lənətlədiyi, bununla belə, insanları yoldan çıxardan işlər görməyinə icazə verdiyi şeytan o vaxt belə and içmişdi:
"Mən insanlara təlqin edəcəyəm,
onlar da Allahın yaratdığı varlıqlardakı təbii quruluşu pozacaq, əsl
məqsədindən uzaqlaşdıracaqlar.”

Quranın yuxarıda mənası verilən bu
ayəsinə (Nisa, 4/119) əsasən insanın xilqət (yaradılış) nizamını bu və
ya digər şəkildə pozub dəyişdirmək şeytan əməlidir və haramdır.
Bu ayə və peyğəmbərin onu izah edən
qadağalarına əsasən İslam dini seksual qabiliyyətin insanın özü və ya
başqa bir nəfər tərəfindən aradan qaldırılıb yox edilməsini, o cümlədən
belə bir arzu və təşəbbüsü qəti surətdə qadağan edib. Şübhəsiz ki,
buradakı əsas məqsəd insanın yaradılışla zidd düşməyi kimi bir ehtimalın
və onun ilahi imtahana üsyan etməyinin qarşısını almaqdan ibarətdir.
Qeyd edək ki, seksual iqtidarı aradan qaldırmağın əsas yolu xədimləşmək və kimi isə xədim etməkdir.



Xədimləşmək
Xədimləşmək kişinin yumurtalarını
çıxartmaq və ya onları burmaqla seksual iqtidarını və dölləmə
(mayalandırma) qabiliyyətini aradan qaldırmaq deməkdir. Bu, insanın
özünə qarşı etdiyi bir zülmdür. Halbuki insan özünə zülm tətbiq etməli
deyil. Əksinə, özünə ədalətlə yanaşmalıdır. Çünki peyğəmbərimiz (əs): "Nəfsinin də sənin boynunda haqqı var”, – demişdir.
Məlumdur ki, İslam dini Allahın elçisi
həzrəti Muhəmməd (əs) tərəfindən təbliğ edilirdi. O vaxt imkanı
olmadığına görə evlənə bilməyən və günaha batmaqdan ehtiyat edən bəzi
möminlər xədimləşmək barədə fikirləşirdilər. Ancaq onlar peyğəmbərin
qəti qadağası ilə üzləşdilər. Aşağıdakı hədislər də xədimləşməyin İslam
dinində qadağan olduğunu açıq-aydın göstərir:

Səid ibn As rəvayət edir ki, Osman ibn Mazun Allahın elçisindən belə bir şey xahiş etdi:
-Ya rəsulallah! Mən xədimləşmək istəyirəm. Buna icazə verirsinizmi?
Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi:
-Allah qadınlardan uzaqlaşmağı
(ruhbanlıq) bizim üçün evlilik və tətbiq edilməsi asan olan İslam
şəriəti ilə dəyişdirdi. Əgər sən də bizim kimi İslama iman
gətirənlərdənsənsə, bizim etdiyimiz kimi et
(xədimləşməyə cəhd etmə, evlən)!”
Nəticə olaraq, İslama əsasən özünü və ya başqasını xədim etmək qəti surətdə qadağandır.


Materiallardan istifadə zamanı mənbə göstərilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!