Qadinlar.Biz saitinin userleri ucun dualar

Qadinlar.Biz saitinin userleri ucun dualar
Qadın və Din
10.09.2017 16
 
 
Bismilləhir-rahmənir-rahim
Elhamdü lilləhi rəbbil aləmin.  
Vessalatu vəssalamu ala Rəsuluna Məhəmmədin və ala alihi və sahbihi əcmain.  
Ey istədiyini istədiyinə istədiyi anda verən və istədiyi anda alma qüdrətinə sahib olan uca Rəbbim!
Ey dualara razılıq edən, bizə şah damarımızdan daha yaxın olan, əsirgəməyən, bağışlayan, lütf edən Rəbbim!
Ey təklərin ən yaxını, tək başına qalanların dostu, çarəsizlərin köməkçisi, kasıbların sonsuz sərvəti, zəiflərin qüvvəti olan uca Rəbbim!
Ey gecəni gündüzə, gündüzü gecəyə qatan, əzəməti və ucalığı olan, lütfkarlığı bol, rəhməti bol olan Rəbbim!.  
Bütün həmdü sənalar şükrlər Sənədır, dua və niyazlar, yalvarış və yaxarışlar, dilə gətirdiyimiz gətirə bilmədiyimiz hər cür bənzərsiz həmd və səna ancaq Sənə məxsusdur Rəbbim! 
Biz ancaq sənə ibadət edər və ancaq səndən kömək diləyərik, ancaq sənin üçün namaz qılar və ancaq sənə səcdə edərik, tək sənə yalvarar, ancaq sənə qaçar və sənə yaxınlaşdıracaq şeyləri qazanmağa çalışarıq.  
Beləcə biz, hüzura gəldik, boynumuzu bükdük, əllərimizi sənə açdıq: - Ey Kərim və Rəhm olan Rəbbim! özümüzü sənin ucsuz-bucaqsız inayətinə, köməyinə, lütfünə, rəhmətinə, kəriminə buraxdıq.
Səndən kömək gözləyirik.  
Bəlkə layiq deyilik, bəlkə üzümüz yox, bəlkə haqqımız deyil, ancaq bilir və təsdiq edirik ki: - Səndən başqa gedəcək yolumuz yox, Səndən başqa yapışacaq ipimiz yox, səndən başqa sığınacaq qapımız yox, səndən başqa kimsəmiz yox. Biz səni istəyirik, məqsədimiz Sənsən, bütün istədiyimiz sənin bizdən razı olmağındır, bizə yar və köməkçi olmağındır.
Ey (ol) əmriylə bilinən və bilinməyən, görünən və görünməyən saysız aləmləri yaradan və (yox ol) əmriylə də hər şeyi bir anda yox etmə gücünə sahib olan, Rəhman və Gufran olan, gerçək olaraq bilirik və bildiririk ki, Səndən başqa ilah yoxdur.  
Ey ucalar ucası, var və bir olan Rəbbim! – ‘'Mənə dua edin, duanızı qəbul edim'' buyurdun.  
‘'Duanız olmasa nəyinizə qiymət edim'' buyurdun. Bizim bu acizanə, xalisanə, salehanə, duamıza razılıq et,
Bizə şəxsinə qul və qurban olanlardan et,
Ən gözəl adlarınla bizə təcəlli et.  
Bizi, haqqı bilənlərdən, haqqa tabe olanlardan və haqqı yaşayanlardan et.
Bizi, razılığı qazananlardan, Rəhməti Rəhmana qovuşanlardan et.  
Bizi, zikrinlə dolub daşanlardan, Sənin yolunda ölənlərdən et.  
Bizi, cənnətinə girənlərdən, cəhənnəmindən azad olanlardan et.  
Yalvarırıq, bizi camalını görənlərdən et Rəbbim!  
Sevimli Peyğəmbərimizə salatı salam, vəsilə, üstünlük və yüksək dərəcələr ikram et.
ONU vəd etdiyin məqamı mahmuda nail et.  
Şübhəsiz sən vədindən dönməsin.  
Əhli beytini, səhabələrini və ONUN izindən gedənlərdən et.
Bizi, iki dünya günəşinin sünnəsini yaşayanlardan et.  
Bizi ONA qonşu olanlardan et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!