İslam Peyğəmbərinin (s) Me`racı, elmi və əqli baxımdan necə sübut olunur?

İslam Peyğəmbərinin (s) Me`racı, elmi və əqli baxımdan necə sübut olunur?
Qadın və Din
10.09.2017 7
İslam Peyğəmbərinin (s) Me`racı, elmi və əqli baxımdan necə sübut olunur?


Cavab: Me`rac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Me`rac məsələsi nəqli yolla sübuta yetir. Yə`ni Qur`an ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) me`racını qəti şəkildə bəyan edir.

Amma me`racın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun və cismin xüsusiyyətlərini diqqətlə nəzərdən keçirsək, me`rac hadisəsini mümkün hesab edərik.

Peyğəmbərin (s) me`racı üç hissə olub: Məscidül-həramdan (Kə`bə) Məscidul-əqsayadək ("İsra” mərhələsi), Beytül-müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək ("Me`rac” mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi. ("Ə`rac” mərhələsi)

Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: "Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: "Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” Ruhun gücü hesabına cismin hərəkəti "teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər mə`lumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) me`rac səfərinə şübhə etməməlidirlər.

Me`rac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir.

Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!