İmam Əli (ə)nin nəsihətləri

İmam Əli (ə)nin  nəsihətləri
Qadın və Din
10.09.2017 22



Elm öyrənmək üçün səy edənlər Allah yolunda cihad edən şəxs kimidir.


Ağıl təcrübələri qoruyub saxlamaqdır. Sənin ən yaxşı təcrübən isə ondan öyüd götürdüyündür


Nə imkanınız olsa elm öyrənin. Nəbada 4 işdən ötrü elm öyrənəsiniz: alimlər arasında özünü öymə, cahillərlə mübarizə aparmaq, məclislərdə özünü göstərmək və ya camaatın diqqətini özünə cəlb edib onlara başçılıq etmək üçün.


Elm öyrənməkdə özünü çalışqan etmək, onu öyrənməkdən yorulmamaq və biliklərini çox sanmamaq elm öyrənənin boynundadır.


Hər bir qab dolar, elmin qabı isə əksinə dolduqca genişlənir.

Ağıl tamamlandıqda söz azalar


Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olunki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir.


Uşaqlarınızla öz yaşınıza görə deyil, onların yaşına görə davranın.


Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!