Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisləri

Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisləri
Qadın və Din
10.09.2017 195
1.Vaxtını biliklərə yiyələnməyə sərf eləyən adam, müsəlmanlığın dirəyidir.
2.Nə xoşbəxtdir alimlər, nə xoşbəxtdir ibadət edənlər; yazığım gəlir küçələrdə veyil- veyil gəzənlərə.
3.Tanrı bisavadın 1 günahın bağışladığı halda alimin 40 günahın bağışlayır.
4.Canlı məxluqları suda boğmaq, oda atmaq günahdır.
5.Köpək quduz olsa belə, onu işgəncə ilə öldürmək günahdır.
6.Dinə yeni əlavələr etməkdən çəkinin. 
7.Su içərkən qabın nəfəs salmayın.
8.Asqırarkən əlinizi ağzınıza və burnunuza tutun, çalışın ki səsininiz ucadan çıxmasın.
9.Cümə günü gəldimi, mütləq çimin, cümə günləri çimmək vacib şərlərdən biridir.
10.Təmizlik səni imana dəvət edir.
11.Kölələrin sayı ilə ucalan bunu özünə şərəf sayan adamı ALLAH alçaldar.
12.Pis yerdə, pis şəraitdə böyüyən gözəl qadınlardan uzaq olun.
13.Həyatda 3 şeydən:
-həsəd və paxılıqdan;
-lovğalıq və təkəbbürdən;
-tamah və acgözlükdən çəkinin
14.ALLAH 3 qism adamı lənətləyir:
-evində tək yatanı;
-çöl-biyabanda tənha səfərə çıxanı;
-çörəyi təkcə yeyəni;
15.Səbirsizlikdən və tənbəllikdən uzaq olun.
16.Yalan danışma gözəlliyin və xoş siman zay olar.
17.Adamlarla zarafat eləmə, qürurun əldən gedər.
18.Ömürləri uzun, əməlləri saleh olan adamlar xoşbəxtdirlər.
19.Düşünülməmiş və səbirsiz görülən işin bəhrəsi olmaz.
20.Pis əxlaq istisna olmaqla, hər cür günahdan tövbə etmək olar.
21.Haqqını ödəməyən kimsənin ehtiramını saxlama!
22. Ünsiyyətdə olduğun şəxsdən dini və dünyəvi xeyir görmürsənsə, onunla oturub-durma.
23. Ən böyük günah adamlara zülm və əziyyət vermək haqqında düşünməkdir.
24. Adamları qorxudan şəxs cəhənnəm əhlidir.
25.Susmaqda böyük hikmət var, lakin susan azdır.
26.Təmiz şeyləri istəyin, təmiz olmayanlardan çəkinin.
27.Öyünməkdən çəkinin, onu xasiyyətinizdən birdəfənlik kənar edin.
28. Könlündən keçən hər şeyi yeməyə çalışmaq israfçılıqdır.
29.İnsanın: mənim bu şeyim var-deyib öyünməsindən ALLAHın xoşu gəlmir.
30. İşlərin xeyirlisi orta səviyyədə olanıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!