Allahin sevgisini qazanmaq

Allahin sevgisini qazanmaq
Qadın və Din
10.09.2017 30
 
ALLAHın nemətləri qarşılığında ibadət etmək yenə də yaxşıdır, amma həqiqətə baxılsa, ibadət tək onun Şəxsi üçün edilməlidir. Biz ALLAHI tanımadığımız üçün ya cənnət neməti üçün, ya da cəhənnəm qorxusundan ibadət edirik. Əgər tamamilə, haqqıyla ALLAHın əzəmətini, ONUN bizim üzərimizdəki nemətlərini, yaxşılığını bilsəydik, yalnız ONUN razılığı üçün daim ibadət edərdik.
ALLAH (c.c) qulunun tək öz Şəxsi üçün, öz eşqi və söhbəti üçün ibadət etməsini cənnət və cəhənnəm üçün ibadət etməsindən daha məqbul tutmuş və onu daha çox sevmişdir.
İnsan cənnəti istədiyindən, ya da cəhənnəm qorxusundan deyil, sırf ALLAH rizası üçün ibadət etməlidir. İnsan ibadəti sırf ALLAHIN razılığı və Şəxsi üçün etdiyi zaman ona ALLAHIN əzəmət və böyüklüyünə görə savab, feyiz, rəhmət və nisbət gələcəkdir. Amma ibadəti öz nəfsi üçün, cənnətə girmək, cəhənnəmdən xilas olmaq üçün etsə, ibadətdən öz nəfsi qədər ləzzət duyar, savab qazanar. Ancaq özünü qurtarar.
İbadət edərkən, Allah rizasından başqa cənnət ümidi, cəhənnəm qorxusu kimi şeylər ağılımıza gəldiyi zaman, dərhal "İlahi əntə maksudi və ridakə matlubi" (Ya Rəbbi! Məqsədim sənsən, sənin razılığı istəyirəm) demək və özümüzü ALLAHIN razı olacağı şəkildə düzəltməyə çalışmaq lazımdır. Allah rizası ibadətə bağlıdır. ALLAH ibadəti razılığına səbəb etmişdir. Öz-özümüzə düşünsək, səcdəyə getdiyimiz zaman ALLAH səcdəni sevdiyi üçün səcdədən qalxmamağa dair bir istək olması lazımdır. Səcdəyə getdiyimiz, namaz qıldığımız zaman nəfsimiz "Bizə tələs, namazı tez qıl!" deyər.
O zaman nəfsimizi belə danlamalıyıq: "Ey nəfsim! Sən nə qədər adisən. Bu səcdəylə sən də mənimlə birlikdə cənnətə girəcəksən, ALLAHın razılığına müstahak olacaqsan, elə isə nə üçün etmək istəmirsən?"
Rükuya getdiyimiz, zikr etdiyimiz, ALLAH üçün danışdığımız zaman nəfsimizi belə danlamalıyıq və daim ALLAHın razı olacağı səbəblərə əl atmamız və ALLAHın qəzəbini daşıyan günahlardan da qaçınmamız lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!