Peyğəmbərimizin Hədisləri

Peyğəmbərimizin Hədisləri
Qadın və Din
10.09.2017 19
 

1.ALLAH darda imdadına çatmağı sevər.

2.Xəsis adam ALLAHdan uzaqdır, cənnətdən uzaqdır, cəhənnəm oduna yaxındır.

3.Ulu TANRI dedi ki, böyüklük mənə biçilib, yaradan mənəm, mənimlə çəkişəni, özünü böyük göstərmək istəyəni məhv edərəm.

4.Səbr hər bir işin uğur bünövrəsidir.

5.Qaçmağın ən üstünü ALLAHın pis saydığı şeylərdən yaxa qurtarmaq, onları tərk etməkdir.

6.Görülən işlərin ən üstünü bir müsəlmanın könlünü almaq, onu sevindirməkdir.

7.Ən başlıca düşmən nəfsdir.

8.Nöqsanı üzə vurmaqdan çəkinin.

9.Gözəl xasiyyət dinin yarısıdır.

10.Bir pislik etmisənsə, bir yaxşılıq da et ki, pisliyinin əvəzi çıxsın.

11.Din qardaşına məhəbbətlə baxanın günahını TANRI bağışlar.

12.Olunan dəvəti qəbul edin.

13.Layiq olduğunuz və gücünüz çatan işdən yapışın.

14.Bu günün orucunu, axşam iftar etməkdən o biri günə keçirməkdən çəkinin: bu sahədə mənə yoldaş ola bilməzsiniz, mən RƏBBİmin qonağı oluram. O, məni həm yedirdir, həm də içirdir:siz iftarınızı vaxtında açın.

15. Birlik rəhmdir, ayrılıq əzabdır.

16.Başqalarının sağ-salamat olmasını istə, sən də buna nail olarsan.

17.Bir-birinizə nifrət etməyin, bir-birinizdən üz döndərməyin.

18.ALLAH qulunun bir peşəyə yiyələnməsini, bir işlə məşğul olmasını xoşlayar.

19.Dərzilik ümmətimin kişiləri üçün gözəl bir sənətdir.

20.Qan, leş, donuz əti yeməyin ALLAH-TƏALA məstedici içkilər içməyi qadağan etmişdir.

21.Təmizlik səni imana dəvət edir.

22.Falçının cəzası qılıncla öldürülməsindədir.

23.Kahinlik edib gələcəkdən, bilinəyən bir şeydən xəbər vermək, quşların uçuşunu əsas tutaraq müəyyən fikirlər söyləmək TANRIya hörmətsizlikdir.

24.Sədaqət yoxdursa, həya etmənin nə xeyri.

25.Özünə qəsd etmə. ALLAHın tənbehindən qorx!

26.İslamda tərkidünyalıq buyrulmayıb.

27.Öz qəzəbini ALLAHın xətrinə udan şəxs ən yaxşı iş görmüş olur.

28.Ürəyi və dili müsəlman olmayan şəxs müsəlman sayıla bilməz.

29.İnsanlara vəzifə və mənsəbinə layiq hörmət edin!

30.Qəbir-axirət mənzillərinin birincisidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!