Ya Hüseyn

Ya Hüseyn
Qadın və Din
10.09.2017 47
Canını almalıyam Abbasa kafir dedi,Canım Allaha fədadır yezidə şir dedi,
Tökdü Əsgər qanını torpağa təkbir dedi,
kərbəla torpağı heyrandı sənə ya Hüseyn.

Sənsən aləmdə həya sahibi mövla Hüseyn!

 Ana Zəhra ölüm anında cəkibdir adını,
Bihəya kəs duya bilməzdi sənin fəryadını,
O dedi ey ana aç bağrıvı al övladını,
Dözməyib bağrını açdı uca Zəhra Hüseyn.

 Sənsən aləmdə həya sahibi mövla Hüseyn!

Kim əgər getdi nahaq yolda səfadan döndü,
Ol elə sandıkı üqbadə cəfadan döndü,
Çoxu din söyləyərək əhdə vəfadan döndü,
Tökdü son damla qanın dönmədi amma Hüseyn.

 Sənsən aləmdə həya sahibi mövla Hüseyn!

 O Həsəndir ki,içib düşmən əlindən zəhərin,
Bacısı Zeynəbi kübra yaşayıb qəm kədərin,
Eşidib kərbübəladan o şəhadət xəbərin,
Etdi fəryadı neva ağladı dünya Hüseyn.

 Sənsən aləmdə həya sahibi mövla Hüseyn!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!